Ayda kənd təsərrüfatı
NASA Yerin təbii peykində istixanalar qurmağa hazırlaşır
FATEH
MÖVZU İLƏ ƏLAQƏLİ
-
280 işıq ili uzaqlıqdakı təbiət
1250 dərəcə hava, 8000 kilometr sürətlə əsən külək
-
Ay uğrunda qızğın mübarizə
Yaponiya Çini geridə qoya bilər
-
Yer kürəsi qızıb
Planetin temperaturu düşməsə yandıq
-
NASA başına iş açdı
Kosmosdan düşən cisim mülki evi dağıdıb
-
Ayda vaxt “uçur”
Ağ Ev NASA-ya yeni missiya tapşırdı
-
Qalaktikanın kənarından gələn siqnal
NASA alimləri qeyri-adi kosmik hadisə ilə rastlaşıblar
-
Asteroidin istiqaməti dəyişdirildi
NASA dünyada ilkə imza atdı
-
Yer kürəsi üçün təhlükə varmı?
NASA xəbərdarlıq etdi
-
Kainatımızın tarixinə yeni pəncərə
“Ceyms Vebb” teleskopundan ilk görüntü yayılıb
-
Milli-mənəvi dəyərlər bizə nə qazandırır?
İçimiz özümüzü yandırır, çölümüz özgəni
-
«Cəmi» 39 işıq ili aralıda
Biz yadplanetlilərin tapılması ərəfəsindəyik?
-
Əfqanıstanda matəmdir
Makedoniya isə nəhayət ki, yen hökümətini seçdi
-
NASA Günəşə «toxunacaq»
Bu dünya tarixində ən yaxın uçuş olacaq
-
«Fundamental kəşfin astasasındayıq»
NASA-dan önəmli açıqlama
-
NASA nə qədər pul xərcləyir?
«LUCY» və «Psyche» - milyard dollarlıq missiya
-
«Zaman maşını»nın testi başlayır
NASA-dan inanılmaz layihə…
NASA-nın fövqəldövlətlərin hökmranlıq etmək üçün yarışdığı Ayda quracağı istixanalarda tərə, mərcimək və kələmin əkiləcəyi məlum olub.
Fövqəlgüclər bir çox qiymətli yeraltı sərvətlərə malik olan Aya hakim olmaq üçün yarışır. Bu yarışda liderlik edən ABŞ-ın aviasiya və kosmos agentliyi olan NASA-nın Ayda kənd təsərrüfatını sınamaq qərarına gəldiyi məlum olub. NASA-nın 50 ildən sonra Aya astronavt göndərməyi hədəfləyən “Artemis 3” missiyası zamanı Ayda kiçik istixanaların qurulacağı öyrənilib. Məlumat deyilir ki, bu istixanalarda tərə, mərcimək və gül kələm əkiləcək.
Miniatür istixanalarında fərqli bitki nümunələri yetişdirməyi planlaşdıran NASA-nın gələcəkdə qurulacaq koloniyalarında bitkilərin yetişdirilə biləcəyini sınaqdan keçirəcək. Bunun səbəbi Ayda məskunlaşmış strukturlar qurmaq istəyindən irəli gəlir. Bildirilib ki, “Kənd təsərrüfatı florasına Ayın Təsirləri” (LEAF) adlı layihə 2026-cı ildə Ayda həyata keçiriləcək üç təcrübədən biridir. LEAF eksperimentinin bir hissəsi olaraq, astronavtlar Ayda çoxlu “bitki böyüdülən kameralar” yerləşdirəcəklər.
Ayda kapsul formalı istixanalar bitkiləri həddindən artıq radiasiyadan, günəş işığından və kosmik vakuumdan qoruyacaq, eyni zamanda astronavtlara onların böyüməsini izləmək imkanı verəcək. Beləliklə, NASA ilk dəfə Ayda bitki yetişdirməyə çalışacaq. Seçilmiş üç bitkinin Yer kürəsinin hüdudlarından kənarda insan koloniyalarının yaradılmasında mühüm rol oynaya biləcəyinə ümid edilir. Layihəni hazırlayan “Space Lab Technologies” şirkətinin meneceri Kistin Eskobar “Bizim planımız Ayın kəşfiyyatı və hətta Mars missiyaları üçün yol açacaq” deyib.