vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 14 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AKTUAL  
15:08 | 31 may 2017 | Çərşənbə Məqaləyə 2751 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qumarbazlar Soçiyə axışır

Kazinoların müştəriləri əsasən Azərbaycan, Ermənistan, Fransa, Belarus və Almaniya vətəndaşlarıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin əvvəllərindən Rusiyanın Soçi şəhərində qumar zonasının açılmasından sonra xarici ölkələrdən, o cümlədən Azərbaycandan qumarbazlar kütləvi şəkildə Soçiyə axışır. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, ilin əvvəlindən Soçi kazinolarına yaxın və uzaq xaricdən 62 min nəfər baş çəkib. Soçi administrasiyasının mətbuat xidmətinin bildirdiyinə görə bu şəhərdə kazinoların əsas müştəriləri Azərbaycan, Ermənistan, Fransa, Belarus və Almaniya vətəndaşlarıdır. Lakin bir sıra uzaq xarici ölkələrdən də müştərilərin gəldiyi bildirilir.

Hazırda Soçi kazinosunda poker oyunu üzrə iri beynəlxalq çempionat «PokerStars Championship Sochi» keçirilir və «Soçi Kazino»nun baş meneceri Stüart MakLaflin deyir ki, bu çempionatla əlaqədar xarici ölkələrdən daha çox qumar həvəskarının gələcəyini gözləyirlər.

Xatırladaq ki, Azərbaycandan olan qumarbazlar Tiflis və Batmi kazinolarının da daimi müştəriləridir. Bu yaxınlara qədər isə Azərbaycandan zənginlər əsasən Monakonun kazinolarında əylənməyə üstünlük verirdi. Lakin Monakonun turizm İdarəsinin açıqladığı statistikaya əsasən son bir ildə Azərbaycandan knyazlığa gedən turistlərin sayında iki dəfə azalma baş verib. Qazaxıstan və Rusiyadan olan turistlərin sayında isə artım var.

Kazinoları və dəbdəbəli otelləri, rəngarəng əyləncələri ilə məşhur olan Monako əsasən zəngin təbəqənin nümayəndələrini cəlb edirdi. Lakin belə görünür ki, iqtisadi böhranla əlaqədar Azərbaycandan knyazlığa əylənməyə gedənlərin sayında azalma var, əvəzində Soçi kazionlarına axım başlayıb.