vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
DÜNYA  
12:50 | 22 aprel 2024 | Bazar ertəsi Məqaləyə 412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“ABŞ-la vaxtaşırı görüşürük”

Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriya prezidenti Bəşər Əsəd və qondarma Abxaziya respublikasının xarici işlər naziri İnal Ardzinba ilə birlikdə Rusiya Dövlət Televiziyasına müsahibə verib. B.Əsəd müsahibəsində Suriyanın 10 ildən çox təcrid vəziyyətində qalmasından sonra təşəbbüs axtarışları çərçivəsində rəsmi Vaşinqtonla vaxtaşırı görüşlər keçirdiyini bildirib.

Dünən Rusiya Dövlət Televiziyasının 1-ci kanalında yayımlanan müsahibədə Əsəd, “Amerika hazırda torpaqlarımızın bir hissəsini qeyri-qanuni olaraq işğal edib və terroru maliyyələşdirir. Amma biz bütün bunlara baxmayaraq zaman-zaman onlarla görüşürük. Bu görüşlər hələlik hər hansı nəticəyə gətirib çıxarmasa belə, hər şey dəyişəcək”, – deyib.

Danışıqlarda kimin iştirak etdiyi və nəyin müzakirə olunduğu ilə bağlı əlavə məlumat verməyən Əsəd “Qərblə dialoqun yenidən qurulması ehtimalı varmı?” sualına belə cavab verib: “Ümid həmişə var, heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik. Siyasət mümkün olanı etmək sənətidir. Bizim haqqında pis düşüncələrinə baxmayaraq, hüququmuzdan əl çəkməyəcəyimizi başa salmağa çalışmalıyıq. Onlarla ancaq bərabərlik əsasında əməkdaşlıq edəcəyik”.

Uzun müddət Qərbdə yaşadığını bildirən Əsəd sözlərini belə davam etdirib: “Mən onların elmi və mədəni nailiyyətlərinə hörmətlə yanaşıram və bu nailiyyətlər onları gücləndirir. Lakin hakimiyyət onları korladı və siyasi təbəqədə korrupsiya yarandı. Onlar daha çox şəxsi karyeralarını düşündükləri üçün xalqları ilə maraqlanmadılar. Onların mediası isə ailə insitutlarını məhv edən və insanları ətraflarından təcrid edən virtual reallıq yaradır”.

2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlaması ilə ABŞ Əsəd administrasiyası ilə bütün diplomatik əlaqələri kəsdi və Suriyaya qarşı sanksiyalar tətbiq etməyə başladı. ABŞ-ın bu qərarından sonra bir çox Qərb dövlətləri və bəzi ərəb ölkələri Suriya ilə əlaqələrini kəsdi.

Digər tərəfdən, Suriya keçən il ərəb dünyası ilə münasibətləri bərpa etməyə üz tutdu. 11 ildən sonra 2023-cü ilin dekabrında Səudiyyə Ərəbistanına səfir təyin edən Əsəd rejimi ABŞ-ın müttəfiqi olan zəngin Körfəz ölkələri ilə Suriyanın yenidən qurulmasını maliyyələşdirə biləcəkləri ümidi ilə daha yaxşı əlaqələr qurmağa çalışıb.

Lakin ABŞ başda olmaqla Qərb dünyasının sanksiyaları bu münasibətlərin irəliləyişinə maneə kimi qiymətləndirilir. 2020-ci ildə ABŞ Suriya hökuməti ilə hər hansı maliyyə və ya texnoloji əməkdaşlıq edən hər hansı şəxs və ya təşkilatın qadağan edilməsini özündə ehtiva edən Sezar Aktını qəbul etdi. Qanuna görə, Əsəd hakimiyyəti ilə əlaqlər yaratmağa cəhd edən istənilən şəxs və ya təşkilatın ABŞ-dakı aktivləri dondurula və onların viza alması qadağan oluna bilər.