vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ASİYA  
08:34 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 793 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

7,4 bal gücündə zəlzələ

Tayvanda və Yaponiyada sunami xəbərdarlığı edilib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Tayvanın şərq sahillərində 7,4 bal gücündə güclü zəlzələ baş verib. İlkin hesablamalara görə, azı 4 nəfər ölüb, 50 nəfər yaralanıb. ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin ölkənin şərq sahilindəki Hualien şəhərindən 18 kilometr cənubda olduğunu açıqlayıb.

Zəlzələdən sonra xilasetmə işlərinin aparıldığı episentrə ən yaxın olan Hualien şəhərində bir çox bina dağılıb.

ABŞ Geoloji Xidməti ilk təkandan sonra 20 dəqiqə ərzində Hualien şəhərindən 11 kilometr şimal-şərqdə, 12,6 kilometr dərinlikdə 6,4 bal gücündə ikinci silkələnmə qeydə alındığını açıqlayıb.

Bunun Tayvanda son 25 ildən sonra baş verən ən güclü zəlzələ olduğu bildirilsə də, təkanlar Tayvanın dağlıq ərazilərində də hiss olunub.

Paytaxt Taybeydə görüntülərdə binaların güclü şəkildə titrədiyi görünür.

Zəlzələdən sonra Tayvanın Mərkəzi Meteorologiya İdarəsi (CWA) adanın şimal bölgələri üçün sunami xəbərdarlığı etdi və daha sonra Yaponiya sunami xəbərdarlığını ləğv etdiyini açıqladı.

1999-cu ilin sentyabrında Tayvanda baş verən 7,6 bal gücündə zəlzələdə 2400 insan həyatını itirib, 5000 bina dağılıb.