vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
21:22 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Amerika seçicisi balans istəyir

Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

“AP-NORC Poll”un bu yaxınlarda keçirdiyi sorğu nəticəsində məlum olub ki, noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün seçkiyə getməyə hazırlaşan amerikalılar Vaşinqtonun “dünya siyasətinə daha az qarışacağını” gözləyirlər.

Sorğunun nəticələrinə görə, respondentlərin 40 faizi ABŞ-ın Ukrayna və Qəzza kimi beynəlxalq aspektli münaqişələrin həllində “daha ​​az fəal rol oynamasını” dəstəkləyir.

Sorğuda bu mövzu üzrə nisbət demokratlar üçün yüzdə 25, respublikaçılar üçün yüzdə 53, müstəqillər üçün yüzdə 47 olaraq müəyyən edilərkən, respublikaçıların yarıdan çoxunun dünya siyasətinə çox qarışmamaq üçün öz fikirlərini ifadə etməsi xüsusilə diqqəti çəkdi.

Hər üç qrupun təxminən 23 faizi ABŞ-ın dünyada münaqişələrin həllində daha fəal rol alması fikrini dəstəkləyib.

Digər tərəfdən, ABŞ prezidenti Co Bayden və administrasiyasının Ukraynaya verdiyi əhəmiyyətli miqdarda hərbi və maliyyə resurslarını tənqid edən respublikaçı seçicilərin yarıdan çoxu ABŞ-ın bu böhranda daha az fəal olacağını gözləyir.

Sorğunun nəticələrinə görə, respublikaçıların 53 faizi ölkələrinin Ukrayna müharibəsinin həllində daha az fəal rol almasını dəstəkləyir. Demokratların 50 faizi mövcud siyasəti balanslı və yetərli hesab edir.

Eyni sorğuya görə, iştirakçıların 36 faizi ABŞ-ın Qəzza böhranının həllində daha az fəal rol almasını istəyir, 41 faizi isə mövcud siyasəti kifayət qədər və məqsədəuyğun hesab edir. İştirakçıların 21 faizi ABŞ-ın Qəzza böhranının həllində daha fəal olmasını tələb edir.

ABŞ administrasiyasının Qəzza böhranında İsrailə qeyd-şərtsiz dəstəyi şiddətli tənqidlərlə qarşılansa da, sorğu həm də Amerika ictimaiyyətinin ümumiyyətlə xarici siyasətdən daha çox daxili siyasət məsələlərinə önəm verdiyini ortaya qoyur.