vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ELM-TEXNİKA  
09:29 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 793 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ayda kənd təsərrüfatı

NASA Yerin təbii peykində istixanalar qurmağa hazırlaşır

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

NASA-nın fövqəldövlətlərin hökmranlıq etmək üçün yarışdığı Ayda quracağı istixanalarda tərə, mərcimək və kələmin əkiləcəyi məlum olub.

Fövqəlgüclər bir çox qiymətli yeraltı sərvətlərə malik olan Aya hakim olmaq üçün yarışır. Bu yarışda liderlik edən ABŞ-ın aviasiya və kosmos agentliyi olan NASA-nın Ayda kənd təsərrüfatını sınamaq qərarına gəldiyi məlum olub. NASA-nın 50 ildən sonra Aya astronavt göndərməyi hədəfləyən “Artemis 3” missiyası zamanı Ayda kiçik istixanaların qurulacağı öyrənilib. Məlumat deyilir ki, bu istixanalarda tərə, mərcimək və gül kələm əkiləcək.

Miniatür istixanalarında fərqli bitki nümunələri yetişdirməyi planlaşdıran NASA-nın gələcəkdə qurulacaq koloniyalarında bitkilərin yetişdirilə biləcəyini sınaqdan keçirəcək. Bunun səbəbi Ayda məskunlaşmış strukturlar qurmaq istəyindən irəli gəlir. Bildirilib ki, “Kənd təsərrüfatı florasına Ayın Təsirləri” (LEAF) adlı layihə 2026-cı ildə Ayda həyata keçiriləcək üç təcrübədən biridir. LEAF eksperimentinin bir hissəsi olaraq, astronavtlar Ayda çoxlu “bitki böyüdülən kameralar” yerləşdirəcəklər.

Ayda kapsul formalı istixanalar bitkiləri həddindən artıq radiasiyadan, günəş işığından və kosmik vakuumdan qoruyacaq, eyni zamanda astronavtlara onların böyüməsini izləmək imkanı verəcək. Beləliklə, NASA ilk dəfə Ayda bitki yetişdirməyə çalışacaq. Seçilmiş üç bitkinin Yer kürəsinin hüdudlarından kənarda insan koloniyalarının yaradılmasında mühüm rol oynaya biləcəyinə ümid edilir. Layihəni hazırlayan “Space Lab Technologies” şirkətinin meneceri Kistin Eskobar “Bizim planımız Ayın kəşfiyyatı və hətta Mars missiyaları üçün yol açacaq” deyib.