vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVTO  
12:25 | 9 iyul 2022 | Şənbə Məqaləyə 2420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ACEA-da böhran

Daha bir şirkət Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını tərk edir

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveçin avtomobil istehsalçısı “Volvo Cars” bu ilin sonunda Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını (ACEA – European Automobile Manufacturers Association) tərk edəcək.

“Volvo” bu addımı Avropa İttifaqının 2035-ci ildən benzin və dizel mühərrikli avtomobillərin qadağan edilməsinə dair planlarına qarşı çıxan ACEA-nın mövqeyini bölüşmədiyinə görə atıb. Belə ki, İsveç nəhəngi artıq 2030-cu ildən ancaq elektik mühərrikli avtomobillər istehsal etmək niyyətindədir.

Daha əvvəl avtomobil konserni “Stelantis”də bu ilin sonuna kimi ACEA-nı tərk edəcəyini bəyan edib. Şirkət “Volvo” kimi 2030-cu ildən Avropada ancaq elektкomobil satacağını deyib.

Qeyd edək ki, hazırda ACEA 16 avtomobil istehsalçısını birləşdirir. Bunların sırasında “BMW”, “Ferrari”, "Ford”, “Honda”, “Jaguar – Land Rover”, “Mercedes-Benz”, “Renault”, “Volkswagen” var. Avropada iri lobiçilik strukturu olan ACEA iyunda Avropa Parlamenti tərəfindən təsdiq olunan Avropa Komissiyasının 2035-ci ildən daxili yanma mühərrikli yeni avtomobillərin satışının qadağan edilməsi planını qeyri rasional hesab edərək qəti şəkildə ona qarşı çıxır. Öz növbəsində ACEA həm daxili yanma həmdə elektrik mühərriklə təchiz olunan hibrid avtomobillərin tətbiqinin tərəfdarıdır. (“Report”)