Süni günəş rekordu
100 milyon dərəcədə 48 saniyə işlədi
FATEH
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şimali Koreyadan dənizə mərmi yağdı
Dörd il əvvəlki razılaşma pozuldu
-
Müharibə qaşla-göz arasında
Altı Rusiya və iki Çin hərbi təyyarəsi Cənubi Koreya hava məkanını pozub
-
Şimali Koreya sahil sularını mərmi atıb
2018-ci il razılaşması pozulub
-
Şimali Koreya qorxusu
ABŞ, Yaponiya və Cənubi Koreya liderləri təcavüzdən narahatdır
-
Kütləvi qırğın silahlarının toqquşması ehtimalı artır
İki aşıya ölkəsi Çinin hədələrinə qarşı nüvə dövlətinə çevrilə bilər
-
Pxenyan 5 ayda illik rekordları qırıb
ABŞ və Cənubi Koreya Şimali Koreyanın nüvə sınağına hazırlaşır
-
Sınağa sınaqla qarşılıq
Şimali Koreyaya cavab olaraq ballistik raketlər atılıb
-
Bayden Tokiodan Pekini hədələdi
Çin dənizdə başladığı hərbi təlimlərə ABŞ prezidentinə cavab verdi
-
20 mindən çox BMW-yə qadağa
Cənubi Koreya geri çağırılmanı yetərli saymır
-
Cənubi Koreya İrandan neft idxalını dayandıracaq
Yaponiya isə bu addımı sentyabrda atacaq
-
Bədənindən beş güllə çıxarılıb
Şimali Koreyadan qaçan əsgərin vəziyyəti ağırdır
-
Ən böyük qalib - Çin
Pekin Pxenyanı ələ keçirsə nələr baş verə bilər?
-
Hərbi gəmilər sahildən ayrıldı
Yapon ordusu hazır vəziyyətə gətirildi
-
F-35, F-15 və B-1 təyyarələri ilə hərbi manevrlər
ABŞ, Cənubi Koreya və Yaponiya Koreya yarımadası üzərində bombardmançı və qırıcılarlarla gün nümayiş etdirdilər
-
Cənubi koreyalılar tədarük görür
Regiondakı gərginlik hazır qida və qızıl satışını gücləndirib
-
Dünyanın ən silahlı bölgəsinə gedən qatar
Koreya yarımadasını ikiyə bölən silahsızlaşdırılmış zonada çox nadir istifadə edilən Dorasan stansiyası yerləşir
Təmiz enerji əldə etmək üçün nüvə sintezi texnologiyası üzərində işlərini davam etdirən Cənubi Koreya alimləri yeni dünya rekorduna imza atıblar. Koreya Fusion Enerji İnstitutundan (KFE) bir qrup tədqiqatçı “süni günəş” adlanan KSTAR (Korean Superconducting Tokamak Advanced Research) nüvə reaktorunu 48 saniyə ərzində Günəşin nüvəsindən dəfələrlə isti – 100 milyon dərəcə selsi temperaturunda işlətməyə müvəffəq olub.
Komanda bununla 2021-ci ildəki 30 saniyəlik dünya rekordlarını geridə qoyub. KSTAR-ın direktoru Si-Vu Yun belə yüksək temperaturu uzun müddət saxlamağın asan olmadığını, ona görə də 48 saniyəlik rekordun böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Yun vurğulayıb ki, onların əsas məqsədi 2026-cı ilə qədər KSTAR reaktorunu eyni temperaturda 300 saniyə işlətməkdir.
Elm adamları hələ sınaq mərhələsində olan KSTAR reaktoru ilə Günəşdə baş verən birləşmə reaksiyalarını təqlid edərək, qeyri-məhdud və təmiz enerji istehsal etməyi hədəfləyirlər.