vaxtlı-vaxtında oxuyun! Cümə, 10 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
12:04 | 7 iyul 2018 | Şənbə Məqaləyə 2119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cənubi Koreya İrandan neft idxalını dayandıracaq

Yaponiya isə bu addımı sentyabrda atacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın təzyiqləri nəticəsində Cənubi Koreyanın İrandan neft idxalını İyul ayında tamamilə dayandıracağı bildirilib.

“Reuters” Xəbər Agentliyinin yaydığı xəbərə görə, İrandan neft idxalı həyata keçirən şirkətlərlə əlaqəli mənbələr, Cənubi Koreyanın İyuldan etibarən İrandan neft idxalını dayandıracağını açıqlayıblar.

Mənbə, "İrandan neft alışlarının dayandırılması üçün Cənubi Koreya hökumətinin şirkətlərə təzyiqi vardı. Cənubi Koreya, İyuldan etibarən İrandan neft idxal etməyəcək",- deyib.

Asiyalı digər bir mənbə isə Yaponiya şirkətlərinin İrandan neft idxalını sentyabr ayına qədər davam etdirməyi planlaşdırdıqlarını bildirib.

ABŞ nüvə müqaviləsindən çıxmasından sonra İrana sanksiyaları işə salacağını açıqlayıb və müttəfiqlərindən İran ilə olan neft ticarətlərini noyabr ayınadək dayandırmalarını istəmişdi. 

Cənubi Koreya, Çin və Yaponiya İrandan yüksək miqdarda neft idxal edən ölkələrdir.