vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
15:01 | 21 aprel 2024 | Bazar Məqaləyə 423 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda timsah həyəcanı

Sel nəticəsində 8 nəfərin ölümü təsdiqlənib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İran vətəndaşlarına sel fəlakəti zamanı timsah hücumlarına qarşı xəbərdarlıq edilib. “Mehr” xəbər agentliyinin xəbərində bildirilib ki, daşqın ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyaləti və Hörmüzqan vilayətinə də təsir edib.

İRNA rəsmi xəbər agentliyinə danışan Sistan-Bəlucistan Böhran Mərkəzinin sədri Məcid Muhibbi, daşqın zamanı dəmir yolunda işləyən 3 işçinin su altında qalaraq öldüyünü açıqlayıb. O da bildirilib ki, daha 5 nəfər, o cümlədən 5 yaşlı uşaq həyatını itirib.

Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatı tərəfindən dünən yayımlanan açıqlamada timsahların sel səbəbiylə təbii yaşayış yerlərini tərk edərək şəhərlərə enə biləcəyi xəbərdarlığı edilib.

Elmi adı “Crocodylus palustris” olan və bataqlıq timsahı kimi də tanınan bu növə İran və Hindistanın cənubunda rast gəlinir.

Əyalət sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıqlara, bataqlıq ərazilərə və vəhşi təbiətə yaxın yaşayış yerlərinə səyahət etməmələri xahiş olunub.

İran Qızıl Aypara Cəmiyyəti dünənki açıqlamasında iki avtobusda sıxışan 43 nəfərin xilas edildiyini bildirib.

Bazar ertəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanı vuran tufan İrana da çatıb.

BƏƏ-də yağıntının miqdarı 24 saatdan az müddətdə 254,8 millimetrə çatıb. Bu, ölkədə son 75 ilin ən yüksək yağıntısı kimi qeydə alınıb.

Dubayda bir çox yolları su basıb, uçuşlarda fasilələr yaranıb. BƏƏ-də daşqın nəticəsində bir nəfərin, Omanda isə 10-u uşaq olmaqla 20 nəfərin öldüyü bildirilib.