“Hwasongpho-16B” hədəfi vurub
Şimali Koreya hipersəs döyüş başlığı daşıyan ballistik raketi sınaqdan keçirib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qərb brendlərinin saxta məhsulları dollara satılır
“Kim rejimi pula qənaət edən insanlardan qaçaqmalçılıq yolu ilə valyuta çıxarmağa çalışır”
-
Şimali Koreyadan dənizə mərmi yağdı
Dörd il əvvəlki razılaşma pozuldu
-
Şimali Koreyanı qadın idarə edəcək?
Ölkə tarixində görünməmiş bir vəziyyət yaranıb
-
Şimali Koreyada üç məktəbli edam olunub
Onların törətdikləri “cinayət”ə verilən cəza bütün dünyanı şoka salıb
-
Şimali Koreyanın şıltaqlığı az idi...
Baydenin Cənub-Şərqi Asiya səfəri ərəfəsində Pekin və Moskva ilə də rəqabət aparır
-
“Düşmənçilik cəhdləridir”
“Rusiya ilə heç vaxt silah müqaviləmiz yoxdur”
-
10 ayda 59 ballistik sınaq
Şimali Koreya daha 4 raket atıb
-
“Kimin sonu olacaq”
“Vigilant Fırtınası” Şimali Koreya liderini özündən çıxarıb
-
Şimali Koreya sahil sularını mərmi atıb
2018-ci il razılaşması pozulub
-
Şimali Koreya qorxusu
ABŞ, Yaponiya və Cənubi Koreya liderləri təcavüzdən narahatdır
-
Pxenyan 5 ayda illik rekordları qırıb
ABŞ və Cənubi Koreya Şimali Koreyanın nüvə sınağına hazırlaşır
-
Sınağa sınaqla qarşılıq
Şimali Koreyaya cavab olaraq ballistik raketlər atılıb
-
COVİD vəziyyəti sirr olaraq qalır
Şimali Koreyada hər hansı pandemiya problemi yaşadığını inkar etmək niyə mümkün olmadı?
-
5 ayda 6 qitələrarası raket sınağı
ABŞ Şimali Koreyanın kütləvi qırğın silahları proqramını hədəf alan sanksiyaları açıqlayıb
-
Gecə paradı...
Şimali Koreya hərbi keçiddə yeni raketlər nümayiş etdirilib
-
Şimali Koreya nüvə sınağına hazırlaşır
Pxenyan “yeni tipli taktiki silah”ını təcrübədən keçirib
Şimali Koreya hipersəs döyüş başlığı daşıyan yeni tip orta mənzilli bərk yanacaqlı ballistik raket “Hwasongpho-16B”nin ilk sınağının uğurla həyata keçirildiyini açıqlayıb. Sınaqda Yapon dənizində əvvəlcədən müəyyən edilmiş hədəfin uğurla vurulduğu bildirilib. Pxenyan aprelin 2-də keçirdiyi ballistik raket sınağı ilə Koreya yarımadasında gərginliyi artırıb.
Sınaqdan sonra verilən rəsmi açıqlamada yeni tip orta mənzilli bərk yanacaqlı ballistik raket “Hwasongpho-16B”-nin hipersəs döyüş başlığına malik ilk sınağının uğurla tamamlandığı deyilir. Bildirilir ki, hipersəs döyüş başlığının orbital xüsusiyyətlərini və məsafələrarası manevr qabiliyyətini yoxlamaq məqsədilə keçirilən sınaqda Yapon dənizində əvvəlcədən müəyyən edilmiş hədəf uğurla vurulub.
Şimali Koreya lideri Kim Çen In silah sınağının müvəffəqiyyətindən məmnunluğunu ifadə edib və bildirib ki, düşmənlərə nəzarət etmək üçün tələb olunan “əzici güc” əldə etmək ən aktual məsələdir. Milli müdafiə qabiliyyətinin davamlı olaraq təkmilləşdirilməsinin vacibliyinə diqqət çəkən Kim, ordunu gücləndirməklə ölkənin sülhünü, firavanlığını və gələcəyini qorumağa davam edəcəklərini bildirib. O, vurğulayıb ki, “Hwasongpho-16B”nin uğurlu sınağı bütün dünyada istənilən düşmən hədəfini tez, dəqiq və güclü şəkildə vurmaq məqsədi kontekstində vacibdir.
Səs sürətinin 5 qatını keçən, saatda təxminən 6 min 200 kilometr sürətə çatan, həmçinin manevr edə bilən müxtəlif xarakterli başlıq daşıma vasitələrinə hipersəs silahları deyilir. Ballistik raketlərin yüksək sürətli üstünlüyü ilə qanadlı raketlərin manevr qabiliyyətini birləşdirən hipersonik silahlar ənənəvi raket texnologiyalarından fərqli olaraq hədəflərini təəccübləndirə və müdafiə sistemlərindən yayına bilir.