vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
20:48 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 819 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Le Pen qəyyumluğa götürüldü

Fransa ifrat sağçı partiyanın liderliyi atadan qızına ötürülüb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada ifrat sağçı ekstremist Jan-Mari Le Pen qəyyumluğa götürülüb. Fransada keçmiş ifrat sağçı Milli Cəbhə partiyasının qurucu lideri 95 yaşlı Jan-Mari Le Penin 2024-cü ilin fevralından himayə altında olduğu açıqlanıb. Fransa mətbuatında çıxan xəbərlərə görə, Le Pen səhhətinin pisləşməsi ilə əlaqədar ailəsinin tələbi ilə məhkəmə tərəfindən qəyyumluğa verilib.

Sözügedən qərarın 2024-cü ilin fevralında verildiyi və Jan-Mari Le Penin hüquqi işlərini onun qızları ifrat sağçı Milli Birlik Partiyasının 2027-ci il prezident seçkisində namizədi olacağını açıqlayan Marin Le Pen,  Mari-Karolin və Yann Le Pen tərəfindən idarə olunacağı qeyd edilib.

1972-ci ildə Jan-Mari Le Pen tərəfindən qurulan Milli Cəbhə 1983-cü ildə yerli seçkilərdə ilk güclü debütü edib. 1984-cü il Avropa Parlamenti seçkilərində səslərin 10 faizini qazanaraq yüksəlişini davam etdirən ifrat sağçı partiya, 1986-cı il seçkilərində Milli Məclisdə 35 mandat qazanaraq güclənməyə davam edib. 2002-ci il prezident seçkilərinin ikinci turunda Jak Şiraka məğlub olan Le Pen 2011-ci ildə partiyasının rəhbərliyini qızı Marin Le Penə təhvil verib.

Anketlərə görə, 2018-ci ildə Milli Birlik adını alan ifrat sağçı partiyanın iyun ayında keçiriləcək Avropa Parlamenti seçkilərində təxminən yüzdə 30 səslə Fransada birinci yeri tutacağı gözlənilir.