Neft yenidən bahalaşmağa başlayıb
İranın tətbiq olunacaq sanksiyalar dünyanı panikaya salıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Neft erası başa çatırmı?
2024 yeni dövrün başlanğıcı ola bilər
-
“Brent” 7 dollar ucuzlaşıb
60 maksimum qiymət bazara mənfi təsir edir
-
Ağ Ev narahatdır
OPEC qiymətləri qaldırır
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
OPEC anlaşmanı pozmadı
Ötən ilin oktyabrında qəbul edilən qərar qüvvədə qaldı
-
Tavana dirənən Rusiya nefti
OPEC-in 2023-cü il kvotaları gələn həftə qiymətlərə təsir edən ikinci amil olacaq
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Ağ Evdən Aİ-nin qərarına dəstək
ABŞ tətbiqin Rusiyanın döyüş qabiliyyətinin azaldacağına inanır
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
-
Dünya neft içərisində üzür
OPEC+ öhdəliyə gedə bilmir
-
Bir həftədə 10 faiz ucuzlaşma
Tələbin azalması qara qızılın qiymətinə ciddi təsir edib
-
Neft bahalaşdı
“Azeri Light” 100 dolları aşan yeganə markadır
-
Erkən resessiya ...
“OPEC”-in Avropa və ABŞ üçün proqnozu
-
“Daha yüksək vergilər ...”
Bayden neft şirkətlərini hədələdi
-
“Büdcə zəfi”ndəki rəy ...
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
Bu gün “Brent” neftinin qiyməti yenidən 74 dolları keçib. Belə ki, ötən həftə ABŞ-ın İrana sanksiyalar tətbiq etməsindən sonra, qlobal neft hasilatında baş verəcək azalmaları əngəlləmək istəyən Səudiyyə Ərəbistanı istehsalı artırmağı təklif etmişdi. İranlı rəsmiləri bu təklifə qarşı çıxmış və narahatlıqlarını dilə gətirmişdilər.
ABŞ-ın İrana Noyabr ayında növbəti sanksiyalar tətbiq edəcəyi gözlənilir.
İrana tətbiq olunan sanksiyalardan sonra qlobal neft bazarındakı istehsal miqdarının nə qədər azalacağı qorxusu qiymətlərə təsir etməyə davam edir.
Çin - ABŞ cəbhəsində baş verənlər də neft bazarında təqib edilir. Çindən bir nümayəndə heyətinin bu həftə Vaşinqtona gedərək danışıqlar aparacağı gözlənilir.
“Brent” neftində ucuzlaşma meylinin davam etməsi üçün qiymətin 72 dollardan aşağı qalması lazım olduğunu qeyd edən mütəxəssislər, 72 dolların üzərindəki qiymətlərin bahalaşma işarəsi olduğunu bildirirlər.
Bu gün “Brent” nefti 2 faiz bahalaşaraq, Bakı vaxtı ilə saat 15:50-də 74.10 dollardan alıcı tapıb.
ABŞ xam nefti (WTI) də 2 faiz bahalaşaraq 67,18 dollara yüksəlib.