Pul doğrudan da xoşbəxtlik gətirir
Adamların çoxu əlavə gəlirlərini məhz əlavə istirahət vaxtının alınmasına xərcləyir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kağız puldan imtina
Dünyanın ən böyük iqtisadiyyatlarından birində inqilabi dəyişim
-
Kanada mənzil problemi
12 illik hökümətin miqrant çarəsi yeni böhrana səbəb olub
-
... Kanada da ABŞ-a qoşulub
Tayvan adasının qorunmasında ...
-
“Yeriməkdə belə çətinlik çəkirəm”
Dion qeyri adi xəstəliklə qarşı-qarşıya
-
Yatmırlar, yemirlər ...
İki ildə 7700 saat “Fortnite” oynayan uşağın valideyni kompüter oyunları şirkətini məhkəməyə verdi
-
Kanada Çin münasibətləri gərginləşir
Rəsmi Ottava Tayvan boğazına hərbi gəmilər göndərir
-
“Təbiətlə tualet kimi davranırıq”
Quterreş: “Korporasiyalar bank hesablarını dolduqca dünyamızın təbii hədiyyələri boşaldılır”
-
Sənaye casusluğu
Çinli işçi ticari məlumatları oğurlamaqda günahlandırılır
-
İlə yarım milyon
Kanada illik miqrasiya kvotasını artıracaq
-
40 illik rekord yeniləndi
Kanadada “elektrik enerjisi” kateqoriyası 35 faizə yaxın bahalanıb
-
İrana səyahət xəbərdarlığı
Kanada da vətəndaşlarını səfərdən çəkinməyə çağırır
-
Daha 14 rusiyalıya sanksiya
Kanada Rusiyaya lüks malların ixracını da qadağan edib
-
“Kütləvi vəhşiliklər törədib”
Kanada Rusiyanın Ukrayna törətdiklərini soyqırım kimi tanıdı
-
“G-20”də nümayişkaranə etiraz
Qərb nazirləri Rusiyanın çıxışı zamanı iclası tərk etdilər
-
Kanadada həbslər
Polisin əməliyyatına baxmayaraq bəzi yük maşını sürücüləri etirazlarını davam etdirib
-
Vəfat edən şəxsin pensiya kapitalı hara xərclənir?
Bu məsələ Milli Məclisdə dinləmələrə çıxarılacaq
«The İndependent» yazır ki, pul xoşbəxtlik və ya ən azı xoşbəxt olmaq üçün sərbəst vaxt gətirir. Yeni elmi araşdırma göstərib ki, kifayət qədər pullu insanlar maliyyə imkanlarından müxtəlif əşyalar almaq üçün yox, özlərinin qab və paltar yumaq, xörək bişirmək, bağı belləmək, ev-eşiyi yığışdırmaq və hətta bazarlıq eləmək kimi işlərini kiməsə gördürmək üçün istifadə edirlər.
Tədqiqatı aparmış alimlərdən professor Elizabet Dann (Elizabeth Dunn) deyib ki, sərbəst vaxtı pulla almaq insanları vaxt darlığı gərginliyindən xilas edir.
Alim deyir ki, insanların bir qismi pul imkanlarından əyləncəli təcrübələri yaşamaq, digər qismi isə xoşagəlməz prosedurlardan azad olmaq üçün istifadə edirlər.
Professor Dann deyib ki, sərbəst vaxtı pulla yalnız zəngin insanlar deyil, həm də az-çox imkanlı insanlar alırlar.
Adamların çoxu əlavə gəlirlərini məhz əlavə istirahət vaxtının alınmasına xərcləyir.
Kanadadakı «British Columbia» Universitetinin alimləri ABŞ, Kanada, Danimarka və Hollandiyada yaşayan 6200 nəfər arasında sorğu aparıblar. Onlar respondentlərdən vaxta qənaət etmək üçün nə qədər pul xərcləməyə hazır olduqlarını soruşublar.
Alimlər bu nəticəyə gəliblər ki, vaxta qənaətə kifayət qədər pul xərcləməyən insanların həyatdan razılığı daha az olub.
Bu tədqiqatın bir hissəsi kimi alimlər Vankuver şəhərində 60 nəfərə iki həftəsonu üçün hər dəfə 40 dollar veriblər. Onlar birinci həftədə bu pulla alış-veriş, ikinci həftədə isə vaxta qənaət etməli idilər.
Təcrübə göstərib ki, adamlar daha çox ikinci həftəsonundan razı qalıblar.
Bununla belə sorğuda iştirak edən 818 holland milyonçudan yarısı deyib ki, onlar «xoşagəlməz işlərin başqalarına tapşırılması üçün pul xərcləmirlər».
Harvard Biznes Məktəbindən professor Eşli Villans (Ashley Whillans) bunun səbəbini izah edərkən deyib ki, bu milyonçulardan çoxu özlərini tənbəl kimi hiss etməkdən çəkinirlər.
Buna baxmayaraq təcrübə göstərib ki, əlavə istirahət vaxtının əldə edilməsi insanlara əlavə gəlir qədər xoşbəxtlik gətirib.
Ekspertlərin fikrincə sadəcə çox pulu olmaq özlüyündə insanlara xoşbəxtlik gətirmir.
Üstəlik son onilliklərdə insanlar daha çox pul qazanmaq üçün daha az istirahət etməyə və daha çox işləməyə məcburdurlar.