Britaniyalılara az içmək tövsiyə olunur
Ruslar İngiltərə azarkeşlərinə hər oyundan əvvəl yalnız bir parç pivə verilməsini istəyirlər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
«The Guardian» qəzetinin yazdığına görə, gələn yay Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatında İngiltərə azarkeşlərinə hər oyundan əvvəl və sonra yalnız bir parç pivə verilməsi tövsiyə edilib.
Rusiya rəsmisinin fikrincə, bu məsləhət İngiltərə azarkeşlərinin öz təhlükəsizliyinə xidmət edir.
Rusiya turizminin başçılarından biri bəyan edib ki, o 2018-ci ilin Dünya Çempionatında 2016-cı ilin Avropa Çempionatında baş vermiş zorakılıqların təkrar olunacağına inanmır, amma buna görə İngiltərə azarkeşlərinin içib sərxoş olmalarına yol verilməməlidir.
2016-cı ilin Avropa Çempionatı zamanı Rusiya xuliqanları Marseldə İngiltərə azarkeşlərinə hücum etmişdilər. Hazırda belə hərəkətlərin təkrar olunacağından böyük narahatlıq var.
«Visit Russia» şirkətinin rəhbəri İqor Karzov deyib ki, Rusiyaya səfər edən İngiltərə azarkeşləri müəyyən xəbərdarlıqlara əməl etməlidirlər.
«Biz bilirik ki, Britaniya azarkeşləri çox içməyi xoşlayırlar. Biz bunu bilirik ki, lakin azarkeş sərxoşluğunun və aqressivliyinin qarşısını almaq çətindir. Bu halda biz hər şeyin qaydasında olacağına da zəmanət verə bilmərik. Mən məsləhət görərdim ki, azarkeşlər Rusiyada bir qədər az içsinlər. İngiltərə azarkeşlərinə hər oyundan əvvəl və sonra yalnız bir parç pivə içmək icazəsi verilməlidir», - Karzov deyib.
O qeyd edib ki, təhlükəsizlik xidmətləri adamların sərxoşluğu məsələsinə çox diqqətli olacaq.
«Onlar buna nəzarət edəcəklər. Hər hansı toqquşmaların qarşısının alınması məqsədilə içkiyə limit qoyulacaq. Bu məsələyə polis nəzarət edəcək» - turizm rəsmisi deyib.
Karzov bu bəyanatları Londonda Rusiya 2018 çempionatına həsr edilmiş sərgi-tədbirdə verib.
O deyib ki, ümumiyyətlə ruslar çox qonaqpərvər xalqdır və dünya çempionatı onların həyatında ən dəyərli hadisələrdən biri olacaq.
«Rusiyalıların əksəriyyəti xarici azarkeşlər üçün hər şeyin rahat və maraqlı olmasına çalışacaq», - Karzov deyib.
«The Guardian» daha sonra yazır ki, dünya çempionatı qruplarının müəyyən edilməsi üçün püşkatma mərasimi Moskvadakı Kreml dövlət sarayında keçiriləcək.
Bu mərasimi İngiltərənin futbol veteranı Qeri Lineker (Gary Lineker) və Rusiya televiziyasının aparıcısı Mariya Komandnaya aparacaqlar.
Lineker indiyədək FIFA-nı «korrupsiyanın rüsvayçı səviyyədə yüksək olmasına» görə dəfələrlə tənqid edib.
Lakin FIFA-nın baş katibi Fatma Samura (Fatma Samoura) deyib ki, İngiltərə yığmasının keçmiş hücumçusu təşkilatın islah olunacağına inanır.
«Mən Qeri ilə görüşdüm və onun kefi çox yaxşı idi, hamı nə vaxtsa çox hirsli ola bilər. Amma sonra görürsən ki, həssas məsələlərdə irəliləyişə nail olunub», Samoura deyib.
Fatma Samura bildirib ki, o, Linekerin bu mərasimdə iştirak edəcəyindən çox məmnundur.
FIFA püşkatmadan əvvəl ev sahiblərinə hər hansı üzgörəlik ediləcəyindən olan şübhələri dağıtmağa çalışıb.
Təşkilat bildirib ki, bu püşkatmada heç bir saxtakarlığa yol verilə bilməz.
FIFA-nın keçmiş prezidenti Sepp Blatter etiraf etmişdi ki, Avropada keçirilən bəzi püşkatmalarda isti və soyuq şarlardan istifadə edilməklə fırıldağa əl atılıb.
FIFA-nın yarışlar üzrə direktoru Kris Unqer (Chris Unger) deyib ki, bu püşkatmada xüsusi mənası olan qırmızı şarlardan başqa bütün qalan şarlar heç bir cəhəti ilə fərqlənməyəcək.
FIFA rəsmisi əmin edib ki, burada hər şey bəxtəbəxt olacaq.