Fəza müharibəsinə hazırlıq?
Rusiya kosmosdakı ABŞ texnologiyalarına qarşı silahlar üzərində fəal şəkildə işləyir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
«The Mail» qəzeti yazır ki, Rusiya düşmənin peyklərini kosmik orbitdə vurmaq üçün qüdrətli lazer silahı istehsal edib. Məqalədə deyilir ki, bu silahlar təyyarələrdə yerləşdirilməklə anti-radar sisteminin tərkib hissəsi olacaq.
Bu xəbərlərdən az əvvəl ABŞ Hərbi Hava Donanmasının komandanı bəyan etmişdi ki, superdövlətlər arasında kosmik müharibələr «bir neçə ilin içində» baş verə bilər.
Rusiyanın «Interfax» xəbər agentliyi anonim mənbəyə istinadən yazır ki, Almaz-Antey silah zavodu antipeyk sistemlərinin istehsalını başa çatdırıb.
Bu sistemə təyyarələrdə yerləşdirilmiş lazer silahı, habelə yerlə rabitədə olan radar daxildir.
Mənbə bildirib ki, lazer silahı indiyədək naməlum olan yeni təyyarələrə qoyulacaq.
«The Mail» yazır ki, bu iddialar müstəqil mənbələrlə tutuşdurulmayıb, lakin Moskvada yerləşən Almaz-Antey şirkətinin antipeyk silahı üzərində işlədiyi məlumdur.
Ötən apreldə Almaz-Antey şirkətinin baş konstruktoru Pavel Sozinov Rusiyanın «RIA Novosti» agentliyinə demişdi ki, müəssisə «orbitdəki düşmən elementlərə elektron qaydada müdaxilə edib onları sıradan çıxaran silahlar» hazırlayır.
O, bunu da bildirmişdi ki, bu silahın istehsalı üçün sifariş ölkənin siyasi rəhbərliyindən alınıb.
Ekspertlər deyirlər ki, antipeyk silahları hazırda Rusiya rəhbərliyi üçün prioritet silahlar sayılır.
Donanma Təhlilləri Mərkəzinin eksperti Samuel Bendett «Defense One» saytına deyib ki, Rusiya potensial qarşıdurma şəraitində Amerika peyklərini özü üçün ciddi təhlükə hesab edir.
«Rusiya kosmosdakı ABŞ texnologiyalarına qarşı silahlar üzərində fəal şəkildə işləyir. Bu silahlar yüzlərlə kilometr yüksəkliyə atılmaq üçün hazırlanır» - Bendett deyib.
O, həmçinin bildirib ki, Rusiyanın lazer texnologiyaları ABŞ və Çinin müvafiq texnologiyalarından geridə qalmır.
Hazırda yüksək məkanlarda fəaliyyət göstərə bilən dron texnologiyası dünya hərbiyyələrinin proqramlarında əsas yeri tutur.
Bundan çıxış edən bir çox ekspertlər deyirlər ki, yaxın gələcəkdə kosmos müharibələr üçün əsas məkan olacaq.
ABŞ Hərbi Hava Donanmasının komandanı general Deyvid Qoldfeyn (David Goldfein) deyib ki, superdövlətlər «bir neçə ilin içərisində» kosmos müharibələri aparmağa qabil olacaq.
Onun fikrincə, məhz buna görə də ABŞ orbitdə vuruşa bilmək üçün yeni texnologiyaların hazırlanmasına, xüsusi təlimlərə başlamalıdır. General deyib ki, bu iş milyardlarla dollar vəsait tələb edəcək.
Bununla yanaşı general Qoldfeyn deyib ki, ABŞ hərbiyyəsi Yer kürəsində olduğu kimi kosmosda da birinciliyə nail olmalıdır.
Generalın fikrincə, hazırda ABŞ Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı kifayət qədər yüksəkdir.
«Mən inanıram ki, biz bir neçə ilə kosmosda döyüşməli olacağıq», - general deyib.