vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVTO  
23:50 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 2173 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Planetimizin ən sürətlisi

100 km/saat sürətə 1 saniyəyə yiğan avtmobil saatda 450 km gedir

MÖVZU İLƏ ƏLAQƏLİ

Avtomobil istehsalçıları sürətli nəqliyyat vasitəsi hazırlamaq məsələsində bir növ yarışa çıxıblar. Əgər ötən ilə qədər «Bugatti Veyron» dünyanın ən sürətli avtomobili hesab edilirdisə, bir neçə ay əvvəl amerikalılar onu taxtdan saldı (Shelby Super Car). Lent.az-ın «motorlegend.com»a istinadla xəbərinə görə, Almaniyanın «Rotary Super Cars» (RSC) şirkəti indi bu modellərin hər ikisini qabaqlamaq niyyətinə düşüb.

Şirkət yeni avtomobilə 2800 at gücündə 2.6 litrlik rotor mühərrik quraşdırmaq niyyətindədir (Mazda modeli). Müqayisə üçün deyək ki, bu gücdə mühərriklərdən döyüş vertolyotları və elektrovozlarda istifadə edilir.
Hazırda nə dizaynı, nə də texniki layihəsi mövcud olmayan avtomobilin maksimal sürətinin 450 km/saatdan çox olacağı nəzərdə tutulub. Konstruktorlar bu avtomobilin 100 km/saat sürətə 1 saniyəyə çatacağını iddia etsələr də, bu nəzəri və praktik olaraq inandırıcı görünmür.