vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
İNCƏSƏNƏT  
17:22 | 6 aprel 2014 | Bazar Məqaləyə 3093 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Corc Buşun sərgisi açılır

«Liderlik sənəti: Prezidentin şəxsi diplomatiyası»nda rəsm əsərləri nümayiş olunur

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın keçmiş prezidenti Corc Buş oğul iş anketinə yeni peşə əlavə edə bilər: rəssam. Rəsm əsərlərinin mövzusuna gəldikdə isə burada onun təcrübəsinə heç kəs şübhə edə bilməz. Dünya liderləri Corc Buşun yaxşı bildiyi bir mövzudur.

Cənab Buşun Texasın Dallas şəhərində prezident kitabxanası və muzeyində dünya liderlərinin portretlərindən ibarət «Liderlik sənəti: Prezidentin şəxsi diplomatiyası» adlı sərgisi açılır. Sərgidə onun 2001-2009-cu illər arasında ABŞ prezidenti olduğu illər Rusiya prezidenti Vladimir Putin, Britaniyanın keşmiş baş naziri Toni Bleyr və Tibetin dini lideri Dalay Lama kimi görüşdüyü dünya liderlərinin portretləri nümayiş etdirilir.

ABŞ-ın keçmiş prezidenti rəssamlıqla iki il bundan əvvəl məşğul olmağa başlayıb. NBC televiziyasında çalışan qızı Cenna Buş Hagerlə müsahibədə cənab Buş özünü böyük rəssam hesab etmədiyini, lakin qarşısında yeni bir dünyanın açıldığını deyib.