«Sabah» təkzib etdi
«Həmin şəxs səhv etdiyini boynuna aldı»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
Dövlət Departamentindən “F-16” izahı
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
-
“F-16”lar üçün yaşıl işıq
Yunan və erməni lobbisinin əziyyətləri özlərinə qaldı
-
Ən azı 20 tanker gözləyir
Gəmilər Türkiyənin ərazi sularında tıxac yaradıb
-
Qardaş yumruğu və mollaların bədbəxtliyi...
Ayətullahlar sovetin qoca Politbüro üzvləri kimi eyni durum, eyni “ssenari” ilə üzləşib
-
Tehran “F-16”ları gördü
Qırıcılarının təlimlərə cəlb edilməsi Əliyevin toxunduğu məqamı aktuallaşdırdı
-
“Dostlara güc, düşmənə qorxu”
Hərbi təlimlər Güney azərbaycanlıları öz haqları uğrunda mübarizəyə həvəsləndirir
-
“Bir gecə, qəfildən ...”
Xarici işlər naziri Çavuşoğludan Yunanıstana sərt reaksiya: “Geri addım atmasa, lazım olanı edəcəyik”
-
524 gəmi, 13 milyon ton taxıl
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
-
“Hara getsək arxamızca qaçır”
“Çavuşoğlu Dendiası ələ saldı” başlığını manşet edən yunan mətbuatı Akarın Bakı səfərindən də yazıb
-
“Özünü qorumaq haqqı var”
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
Türkiyənin «Sabah» qəzetində musiqisi Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus «Çırpınırdın, Qara dəniz» mahnısının guya erməni şairi Sayat Novaya aid olması barədə verilmiş məlumatla əlaqədar təkzib çap olunub.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun APA-ya verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi «Çırpınırdın, Qara dəniz» mahnısı ilə bağlı konsulluğa arayış təqdim edəndən sonra həmin arayış «Sabah» qəzetinin redaksiyasına göndərilib:
«Qəzetin məsul şəxslərindən biri ilə şəxsən danışdım və Azərbaycan xalqının etirazını bildirdim. «Sabah» qəzetinin rəhbərliyi bizim etirazımızı əsas götürüb təkzib verdi. Mənə dedilər ki, bu anlaşılmazlığın meydana gəlməsi Azərbaycan dilinin bölgənin aparıcı dili kimi aktual olması ilə əlaqədardır. Əlbəttə, bizim üçün fəxrdir ki, başqa ölkənin müəllifi Azərbaycan dilinə müraciət edib».
H.Zeynalov əlavə edib ki, məqalənin müəllifi səhv etdiyini etiraf edib: «Həmin şəxs səhv etdiyini boynuna aldı. Düzdür, bizim aramızda olan söhbəti dərc etmədi, amma əsas odur ki, biz həqiqəti sübut etmək üçün təkzib verdirdik».