Rus hegemonluğunun sonu
Kaliforniyada işə salınmış yeni heliometral stansiya energetikada inqilab sayılır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Kopperfildə qarşı cinayət işi
Məşhur illüziyaçı 16 qadına təcavüz etməkdə ittiham olunur
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
Amerikanın Kaliforniya ştatında bu ilin yazında istifadəyə verilmiş yeni Günəş stansiyası heç bir yanacaq istifadə etmədən təmiz elektrik enerjisi almağa imkan yaradır. ANS PRESS-in məlumatına görə, ümumi gücü 392 meqavatt olan yeni stansiya 140 min evi enerji ilə təchiz edir. Yəni ümumi enerjiyə tələbatı 4,5 min meqavatt olan Azərbaycanı enerji ilə təmin etmək üçün 11 belə stansiya yetərlidir.
Los-Ancelesdən 3 kilometr aralıda yerləşən «İvanpa Solar Elektrik Sistem» adlı stansiya 2,2 milyard dollara başa gəlib. Stansiyada elektrik enerjisi indiyə kimi alışdığımız günə batareyaları (fotoelektrik effekt) ilə alınmır. Prosesdə sadəcə güzgüdən istifadə edilir. Hər bir güzgü modulu qaraj qapısı boyda iki güzgüdən ibarətdir. Modulları heliostat adlandırılır. Stansiyada 173 min heliostat var. Heliostatlar hərəkətlidir və kompüter vasitəsi ilə idarə olunurlar. Onlar Günəşə uyğun hərəkət edərək, aldıqları enerjini mərkəzdə yerləşmiş üç qülləyə göndərirlər. Günəş batana kimi qüllə işıq şüalarını qəbul edir. 50 mərtəbəli bina (148 metr) hündürlüyündə olan qüllənin başında içində xüsusi maye olan çənlər yerləşdirilir və işıq şüaları buxara çevrilmiş mayeni 700 dərəcəyə qədər qızdırır.
Stansiyada bütün iş prinsipi buxar-qaz istilik elektrik stansiyasında olduğu kimidir. Sadəcə, qazın əvəzinə günəş işığı istifadə edilir. Yəni stansiyada yanacaqdan istifadə edilmir. Hazırda bütün dünyada 10 ədəd belə stansiya işə salınıb, amma qazın qiyməti qalxdıqca belə stansiyaların sayının artacağı ehtimal edilir. Hazırda hər üç dəqiqədən bir Amerika evi Günəş batareyasına keçir. Ekoloqlar da «İvanpa Solar Elektrik Sistem» kimi stansiyaların işə salınmasının tərəfdarıdır. Belə bir stansiyanın işə salınması hər il atmosferə atılan karbon qazının miqdarını 400 min ton azaldır.
Artıq heliometral stansiyalar yeni dünya trendidir və bu texnologiyanın buxar-qaz stansiyalarına nisbətən elə də baha olmaması, həmçinin yanacaqsız işləməsi onu bütün dünyada populyar ediləcək. Bu həm də dünya bazarında təbii qaza tələbatı xeyli azaldacaq. Nəticədə, Rusiyanın Avropa üzərində qaz hegemonluğunun da sonu çatacaq. Yəni avropalılar qaz təzyiqinə dözmədikdə bir az xərc çəkməklə heliometral elektrik stansiyalarına keçəcəklər.