vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
14:55 | 2 avqust 2014 | Şənbə Məqaləyə 6892 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baş leytenant Zorik məhv edilib

Ermənilər daha bir itkini açıqladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Erməni mənbələri cəbhədə son üç gündə gedən döyüşlərdə itkilərini bir-bir açıqlamaqdadır.

Virtualaz.org saytı xəbər verir ki, bu gün qondarma «DQR prezidenti» Bako Saakyan «Qarabağ müdafiə ordusunun» N saylı hərbi hissəsinin zabiti, baş leytenant Zorik Gevorqyanın ölümündən sonra təltif edilməsi barədə «fərman» verib.

«Fərman»a əsasən baş leytenant Zorik Gevorqyan son döyüşlərdə göstərdiyi «şücaətə görə» təltif edilir.

Bununla da erməni tərəfinin rəsmən açıqladığı itkilərin sayı 4-ə çatıb. Azərbaycan tərəfinin rəsmən açıqlanan itkiləri isə son üç gündə azı 16 nəfər təşkil edir.