Kədərin mənəvi atası
Leonard Kohen: «Mən ölməyə hazıram»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
Bəzən «kədərin mənəvi atası» adlandırılan Leonard Kohen həyatı boyu depressiyalara meylli olub. Bu onun zirək, füsunkar və istehzalı lirikasında öz əksini tapıb.
Leonard Norman Kohen 1934-cü il sentyabrın 21-də Monreal şəhərinin varlı Vestmaunt rayonunda anadan olub.
Onun anası Kanadaya Litvadan gəlib. Dəbdəbəli geyim mağazasının sahibi olan atası Natan isə Polşa əsilli idi. Leonard Kohen 9 yaşında ikən vəfat edən atası oğluna ədib karyerasını davam etdirmək üçün xüsusi fond yaratmışdı.
Gənc Kohen özəl yəhudi məktəbində təhsil almışdı. Burada o, gitara çalmağı öyrənmiş, «Buckskin Boys» adlı musiqi qrupunu yaratmışdı.
«Gitara qızları cəlb edir», - Kohen musiqi qrupunun yaradılmasını izah edərkən deyib.
1951-ci ildə Monreal şəhərindəki MakGill Universitetinin İngilis Ədəbiyyatı fakültəsinə daxil olan Leonard Kohen 1956-cı ildə «Let Us Compare Mythologies» adlı ilk şeirlər toplusunu çap edir.
Uğur qazanan ilk kitabın ardınca 27 yaşlı şair özünün ikinci əsərini dərc edir. Spice «Box of Earth» adlı toplu Kohenin peşəkar şair olduğunu təsdiqləyərək onun ən populyar əsərinə çevrilir. Bunun ardınca şairin nəşr etdiyi «You Have the Lovers» kitabında Kohenin insan münasibətlərilə maraqlandığını görmək olar.
1963-cü ildə ədib norveçli Marianne Jensenlə birlikdə Yunanıstanın «Hydra» adasına köçür. O, burada özünün «Favourite Game» adlı ilk romanını yazır. Mariann Censenə həsr etdiyi məşhur «So Long Marianne» mahnısı da məhz bu adada keçirilən illərin məhsuludur.
1966-cı ildə, Amerikaya köçməzdən əvvəl, Leonard Kohen «Beautiful Losers» adlı sonuncu romanını nəşr edir.
1967-ci ildə artıq ABŞ-da ikən Kohen ilk dəfə musiqi aləminə qədəm qoyur.
Onun bəstələdiyi «Songs of Leonard Cohen» albomu kommersiya baxımından uğursuz olsa da, folk həvəskarları arasında klassikaya çevrilir.
Kohenin bu ərəfədə yazdığı «Suzanne» mahnısı Cudi Kollinsin ifasında hit olur. Bu uğurun ardınca Leonard Kohen yaratdığı daha üç albomla Avropa, Kanada və ABŞ-da müğənni kimi çıxışlara başlayır.
Canlı çıxışlardan qorxmasına rəğmən kanadalı sənətçi qastrol turnirləri arasında 1970-ci ildə İngiltərənin «Isle of Wight» adasındakı Festivalındakı konsertə qatılır.
1973-cü ildə Leonard Kohen İsraillə Suriya və Misir arasında başlayan müharibəyə könüllü kimi qatılmaq üçün İsrailə yollanır. Lakin o, fəal xidmət əvəzinə hərbçiləri əyləndirmək üçün tank diviziyasına ezam olunur.
1970-ci illərin sonunda Kohenin musiqisinə maraq azalır. Lakin 1985-ci ildə «Various Positions» adlı albom yenidən dinləyiciləri cəlb edir. Onun tərkibindəki «Hallelujah» mahnısı eşq, din, həsrət və peşmançılıq mövzularından bəhs edir.
Öncədən səsyazma şirkətlərinin xoşuna gəlməyən bu musiqi əsəri Kohenin ən çox ifa olunan mahnısı tanınır.
Bu mahnı o cümlədən 2001-ci ildə çəkilmiş «Şrek» cizgi filmində də səslənir.
1987-ci ildə Kohenlə müğənni Cennifer Uarnesin əməkdaşlığı nəticəsində yaradılmış «Famous Blue Raincoat» albomu gənc nəsil arasında uğur qazanır.
1990-cı illərdə yaradıcılığına fasilə verən bəstəkar buddizmə meyl göstərməyə başlayır. 1996-cı ildə isə o, buddist rahibi həyatını yaşamaq üçün Kaliforniyaya köçür.
Bundan 5 il keçmiş yenidən səhnəyə qayıdan sənətçi «Ten New Songs» albomunu təqdim edir.
2006-cı ildə Kohenin produseri (və vaxtilə sevgilisi) Kelli Linç musiqiçinin hesabından 5 milyon dollardan artıq vəsaiti ələ keçirir. Kohenin xeyrinə çıxarılan məhkəmə qərarına rəğmən pulu qaytarmaq mümkün olmur.
73 yaşlı Kohen yenidən qastrollara başlamağa məcbur olur.
2012-ci ildə Kohenin hazırladığı «Old Ideas» albomu bəstəkarın ən yüksək musiqi reytinqli əsəri tanınır. Kohen onu tanıtmaq üçün qastrollara çıxır.
Qastrolları başa vuran Kohen 2013-cü ilin sonundan demək olar ictimaiyyət qarşısına çıxmayıb.
Bəstəkarın ötən ay hazırlanan sonuncu «You Want It Darker» albomunun prodüseri onun oğlu Adam olub. Kəskin kürək ağrılarına görə Kohen evini tərk edə bilmədiyi üçün Adam mikrofonu atasının laptopu üzərində saxlayıb.
«Mən ölməyə hazıram», - sonuncu albomundan sonra Kohen deyib. «Ümid edirəm ki, bu o qədər də ağrılı deyil. Mənim üçün bu qədər. Vəssalam».