vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
16:34 | 23 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 1903 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mənə şəkillər təqdim etmişdilər…»

İlham Əliyev orduda Səfər Əbiyev dövrü haqda...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində «N» saylı hərbi hissənin yeni hərbi şəhərciyinin açılışı zamanı president İlham Əliyev öz nitqində orduda Zakir Həsənovdan əvvəlki dövrdə hökm sürən vəziyyətdən də danışıb. Prezident həmin vəziyyəti «çox acınacaqlı» adlandırıb.

Azərbaycan ordusunda Səfər Əbiyevin dövrü haqda danışan prezident çıxışında deyib: «Bizim hərbi hissələrimizin vəziyyəti bir neçə il bundan əvvəl tam fərqli idi. Mən xüsusi göstəriş vermişdim ki, bu vəziyyət təhlil edilsin, mənə məruzə olunsun və tədbirlər görülsün. Yadımdadır, bir neçə il bundan əvvəl müxtəlif bölgələrimizdə yerləşən hərbi hissələrin fotoşəkilləri mənə təqdim ediləndə, əlbəttə ki, mənzərə çox acınacaqlı idi. Yarıdağılmış binalar, yararsız vəziyyətdə olan kazarmalar. Ordumuzun ərzaq təminatı çox aşağı səviyyədə idi. Ona görə dərhal göstəriş verdim və bu sahədə köklü dəyişikliklər baş verdi. Bu gün Müdafiə Nazirliyinin rəhbərləri bütün bu işləri yüksək səviyyədə təmin edirlər. Yəni, bu gün həm təminat, həm xidmət baxımından Azərbaycan Ordusu dünyada nümunəvi ordular sırasındadır».