vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
XADİM  
13:25 | 7 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 750 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Milli Məclisi layiqincə təmsil edib»

«Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisdə alqışlarla qarşılanıb. Spiker Oqtay Əsədov qeyd edib ki, Mehriban Əliyeva birinci vitse-prezident kimi ilk dəfədir Milli Məclisə təşrif buyurub:

«Onu salamlayıb yüksək dövlət vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edək. Mehriban xanım öz doğma evinə gəlib. Onun çoxsaylı fəaliyyəti var. O, 12 ilə yaxın dövrdə bizimlə həmkar olub. Xalqımıza, dövlətə qulluq edib. Ölkədə parlament mədəniyyətinin inkişafına tövhə verib. Bir sıra qanununvericilik təşəbbüslərinin müəllifi olub, eyni zamanda 4 amnistiya aktının təşəbbüskarıdır.

Milli Məclisin fəaliyyəti dövründə Amerika, Fransa parlamentlərarası dostluq qrupunun sədrləri olub. Milli Məclisi beynəlxalq aləmdə layiqincə təmsil edib. Bir sıra digər ictimai-siyasi vəzifələrlə yanaşı, YAP-ın sədr müavinidir, O, həm də Heydər Əliyev Fondunun prezidentidir. O, sözün əsl mənasında millət vəkilidir. Əminəm ki, bundan sonra da xalqımızın vəkili olaraq qalacaq. Onun bu posta təyinatı ölkəmizin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək». (qafqazinfo.az)