vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
09:25 | 22 avqust 2022 | Bazar ertəsi Məqaləyə 2945 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mükəmməl çıxış etdiniz”

Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarımızı təbrik edib.

Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. 

İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm! Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı qələbə qazandınız!

Gərgin əməyinizə, Azərbaycan azarkeşlərinə bəxş etdiyiniz sevincə görə çox sağ olun! Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.