vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MEDİA-QHT  
00:58 | 27 noyabr 2022 | Bazar Məqaləyə 8286 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məsuliyyətli atalıq görəvi

5 ay ərzində 8 rayonda gənc atalar və ata olmağa hazırlaşan gənclərlə görüşlər

Vaxt.az

Avropa İttifaqının maliyyə dəstəyi BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Atalar Məktəbi Məsuliyyətli Atalığa Doğru” layihəsinin sonuna gəldik. Bu gün Tovuz və Ağstafada layihənin bağlanışını etdik.

5 ay ərzində hər həftəsonu Bakıdan başlayıb Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Qax, Tovuz və Ağstafada gənc atalar və ata olmağa hazırlaşan gənclərlər görüşdük. 5 ay ərzində toplam 8 regiona 10000 km-ə yaxın yol qət edib, hər regionda 60-dan çox insanla tanış olub, ünsiyyət qurub məsuliyyətli atalıqdan danışmaq çox maraqlı idi.

Ölkənin fərqli regionlarında fərqli düşüncəli və həyat baxışlı insanlarla işləmək, yeni insanlar tanımaq tam fərqli bir təcrübə idi. Bizi birləşdirən bir dəyər vardı: məsuliyyətli atalıq. Hər kəs daha yaxşı, daha məsuliyyətli ata olmaq üçün hər görüşə bir fərqli həvəslə gəlirdilər.

Layihə bitdi, mən indidən o maraqlı görüşlər üçün darıxıram. Ancaq sevindirici haldır ki ən böyük dəstəkçimiz olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən layihə keçirilən bölgələrdəki gənclər evlərində ayrılan otaqlarda biz layihənin davamlılığını edə biləcəyik.

Bu il layihədəki monitorinq və mentorluq məsuliyyətimlə yanaşı Azərbaycan Maarifçilər Assosiasiyası olaraq layihənin icraçısı kimi də öhdəliyimiz vardı. Nə qədər uğurla öhdəsindən gəlib-gəlmədiyimizi isə layihədə iştirak edən atalar deyə bilər.

Biz nə ediriksə təhsil və toplum üçün dürüstcəsinə edirik. Düşünürük ki dünya hamımıza çatacaq qədər böyükdür. Qəlbinizdən sevgini, zehninizdən yeni bilik və maariflənməyi əksik etməyin.