vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
13:21 | 30 noyabr 2022 | Çərşənbə Məqaləyə 8257 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağda iki universitet

1 yerli və 1 xarici təhsil ocaqlarının filialları açılacaq

Vaxt.az

44 günlük müharibədən sonra müxtəlif səviyyələrdə Qarabağın işğaldan azad olunmuş ərazilərində Qarabağ Universitetinin və Elmlər Akademiyasının Qarabağ bölməsinin yaradılması ilə bağlı təkliflər səsləndirilib. Verilən təklifləri tam əhatə etməsə də, Qarabağda 2026-cı ilədək oxşar fəaliyyətlərin icrası planlaşdırılır.

Nəzərdə tutulur ki, Qarabağda 1 yerli və 1 xarici universitetin filialları yaradılsın. Hər iki filialın 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir. Hələlik filialları yaradılacaq universitetlərin adları açıqlanmır. Hər şey Elm və Təhsil Nazirliyinin təkliflərindən və hökumətin seçimindən asılıdır.

Qarabağda regional tibbi təhsil müəssisəsinin açılması da gözlənilir. Hələ ki, təhsil müəssisəsinin ali, yoxsa orta ixtisas təhsili müəssisəsi olacağı bilinmir. Bu, Səhiyyə Nazirliyinin verəcəyi təkliflərdən sonra məlum olacaq.

Qeyd olunan təhsil ocaqlarından əlavə, Qarabağda 8 peşə məktəbinin və 1 texnikumun (orta ixtisas təhsili müəssisəsi) açılması da planlaşdırılır.

Bütün təhsil müəssisələrinin 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.