Afrikada Fransa antipatiyası
Burkina Fasoda üç diplomat deportasiya edilib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Depardye həbs olunub
Məşhur aktyor yenə cinsi təcavüz ittihamı ilə üzləşib
-
Yeni Kaledoniya və istilaçı Fransa
Kiçik tarixi, iqtisadi araşdırma
-
Hotelin altından 640 illik qala tapılıb
Xəndəklənmiş binada sikkələr, zinət əşyaları ilə yanaşı mebel də olub
-
Le Pen qəyyumluğa götürüldü
Fransa ifrat sağçı partiyanın liderliyi atadan qızına ötürülüb
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Avropada traktor inqilabı
Qitənin inkişaf etmiş ölkələrinin fermerləri üsyana qalxıb
-
Fransanın qatı ermənipərəst baş naziri
Attalın yəhudi əsilli olması heç nəyi dəyişmir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
Ya fransız olun, ya da fransız...
Cinsi azlıqlara haqq tanıyan Makron, etnikləri gömür
-
Fransada dəhşətli yanğın
Çoxlu insan, o cümlədən uşaqlar həlak olub
-
Makrona maxinasiya şoku
“McKinseygate” qalmaqalı ilə bağlı araşdırmalar başladı
-
“Onsuz da öyrənmək çətindir”
Bricit Makron fransızcanın müdafiəsində ...
-
La-Manşda qayıq batıb
30-50 arası miqrantın axtarışına başlanılıb
-
AİHM Fransanı təqsirli bilib
Rəsmi Paris hər ailəyə 7150 avro təzminat ödəyəcək
Qərbi Afrika ölkəsi olan Burkina Fasonun rəsmiləri təxribat aktlarında iştirak etdiklərini əsas gətirərək Fransa səfirliyinin üç diplomatının ölkədən çıxarılması barədə qərar verib. Xarici İşlər Nazirliyi “onlar təxribatçı fəaliyyətlərinə görə ölkə ərazisində arzuolunmaz şəxslər kimi təsnif edilir” deyib. Fransızlar isə bu iddianı təkzib edərək diplomatların rutin vəzifələrindən kənara çıxmadıqlarını bildiriblər.
Kapitan İbrahim Traore 2022-ci ildə Burkina Fasoda hakimiyyətə gəldikdən sonra keçmiş müstəmləkəçi gücə qarşı düşmənçilik ritorikasını mənimsəməsi ilə iki ölkə arasında münasibətlərdə gərginlik və böhran yaşanır.
Burkina Fasonun Xarici İşlər Nazirliyi bir memorandum yazıb və onu paytaxt Vaqaduqudakı Fransa səfirliyinə göndərib. Lakin memorandum dərhal dərc olunmayıb açıqlanana qədər məxfi qalıb.
Nazirlik bəyan edib ki, üç diplomat “persona-non qrata” elan edilib və onlardan 48 saat ərzində ölkə ərazisini tərk etmələrini tələb edib.
Burkina Fasoda yayımı qadağan edilən “Radio France Internationale” bildirib ki, üç diplomat “son günlərdə qeyri-hökumət təşkilatları, bəzi nüfuzlu şəxslərlə, o cümlədən İş adamları, bəzi qurumların rəhbərləri ilə sosial mediada görüşlər və klassik diplomatik fəaliyyətlər həyata keçiriblər”. Fransanın dövlət radiostansiyası bəyan edib ki, üç diplomat bu tip görüşlər keçirdiyini təsdiqləyib.
“Radio France Internationale” bildirib ki, fransız diplomatlardan biri Vaqaduqu arzuolunmaz şəxs elan ediləndən sonra Burkina-Fasonu tərk edib. Lakin digər ikisi ilə bağlı heç bir təfərrüat verməyib.