Erməni lobbisi Azərbaycan səfirini dinləyir
ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou (“John Batchelor Show”) radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.
Səfirlikdən verilən məlumata görə, müsahibə zamanı aparıcı səfir Süleymanovdan 25 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcərlə bağlı xatirələrini bölüşməyi xahiş edib. O, səfir Süleymanovun gənc yaşlarında ailəsi ilə birlikdə Kəlbəcərdə zaman keçirməsini xatırladaraq, Kəlbəcər, onun təbiəti barədə fikirlərini sorğu edib.
Səfir Süleymanov atasının geoloq olduğunu, mineral yataqlarının kəşf edilməsi məqsədilə Kəlbəcərə səfər etdiyini və onun da atası ilə birlikdə Kəlbəcərdə zaman keçirdiyini bildirib, Kəlbəcərin olduqca gözəl bir yer olduğu, burdakı dağların, kanyonların dünyanın ən gözəl təbiət mənzərələrindən biri olduğunu diqqətə çatdırıb. O, bu gözəl rayonun hazırda Ermənistanın işğalı altında olduğunu, etnik təmizləməyə məruz qaldığını və burada yaşayan əhalinin məcburən tərk edilməyə məruz qaldığını bildirib.
Aparıcı həmin dövrdə Kəlbəcərdəki həyat şəraiti, oradakı evlər, əhalinin yaşayışı barədə sual verib. Səfir Süleymanov əsasən kənd təsərrüfatının inkişaf etdiyi bu ərazinin öz orijinallığı ilə yadda qaldığını bildirib, burada tikilən evlərin daşdan, əsasən çay daşından olması, rayonun ümumilikdə çox yaşıl, o cümlədən dağlıq ərazi olmasını diqqətə çatdırıb, Kəlbəcərdən keçən Tərtərçay və onun ətrafındakı kanyonun füsunkar olmasını vurğulayıb. Səfir bu ərazinin həm də olduqca zəngin təbii sərvətlərə malik olmasını diqqətə çatdırıb, Kəlbəcərdə qızıl, mis yataqlarının olmasını vurğulayıb, gənc yaşlarında gördüyü qızıl mədənlərinin hazırda Ermənistan tərəfindən qeyri-qanuni şəkildə istismar edildiyini təəssüf hissi ilə qeyd edir.
Daha sonra aparıcı Kəlbəcərdə yaşayan əhalinin aqibəti ilə maraqlanır, onların harada və necə olmalarını sorğu edib.
E.Süleymanov Kəlbəcərdə yaşayan əhalinin həmin ərazidən çıxarıldığını, onların hazırda Kəlbəcər dağlarının digər tərəfində salınmış qaçqın düşərgələrində yaşadığını qeyd edib. Bu xüsusda səfir Amerika yazıçısı Tomaz Qoltzun çəkdiyi Kəlbəcərdən çıxmaq məcburiyyətində qalan əhali ilə dolmuş mülki helikopterin fotosunu xatırladıb, bir sıra insanların isə qarlı, soyuq hava şəraitində Murov dağına qaçmağa məcbur olması və onların bir çoxunun ölümlə üzləşməsini ağrı ilə bildirib, bu hadisənin faciəvi, lakin xalqın qəhrəmanlıq tarixi olmasını qeyd edib. Səfir UNHCR-da (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı) işlədiyi dövrdə bu insanların bəziləri ilə təmasda olduğunu, onların çox ağır hekayələrinin olduğunu diqqətə çatdırır.
Aparıcının onların hazırda geri qayıtmaq, öz evlərinə geri dönmək istəklərinin olub olmaması sualına səfir Süleymanov cavablandıraraq, iki azərbaycanlının, o cümlədən Rusiya vətəndaşı olan həmvətənlərimizin öz valideynlərinin məzarını ziyarət etmək üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə keçməsi, lakin Ermənistan tərəfindən əsir götürülərək hələ də geri qayıtmamasını xatırladıb. Səfir bildirib ki, Kəlbəcərdə olmuş heç bir insan buradan geri dönmək istəmir və məcburi köçmüş azərbaycanlılar əlbəttə ki, vətənlərinə qayıtmaq istəyirlər. O, Kəlbəcərdə olmasından uzun illər ötsə də, hələ də bu ecazkar yerin təsiri altında olduğunu bildirir, onun gözəlliyini Amerikanın əfsanəvi Qrand Kanyonu (Grand Canyon) ilə müqayisə edib.
Aparıcı Sovet İttifaqının dağılmasına təsadüf edən, 80-ci illərin sonundan başlayan münaqişənin 1994-cü ilin may ayında atəşkəslə başa çatmasını, lakin hələ də nəticəsiz qaldığını bildirir, təmas xəttində atəşkəsin pozulması hallarını xatırladıb. O, Azərbaycanın münaqişənin nəticəsiz qalması barədə BMT və ATƏT-ə müraciətlər etməsinə toxunub.
Azərbaycan səfiri münaqişənin həlli yolunda müəyyən irəliləyiş gözlədiyini, sülhün regiondakı bütün ölkələrin xeyrinə olduğunu bildirib. E.Süleymanov azərbaycanlılar və ermənilərin Azərbaycan torpaqlarında birlikdə, əvvəllər olduğu kimi yaşayacağına ümidini ifadə edib. O, bildirib ki, Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə Azərbaycanın beynəlxalq sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmuşdur və məhz Kəlbəcərin işğalı nəticəsində BMT Təhlükəsizlik Şurası dərhal Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamə qəbul etmişdir. Səfir Süleymanov Rusiya ilə yanaşı münaqişənin həllində ABŞ-ın da fəal olmasının vacibliyini vurğulayıb. O, bəzən ABŞ-ın Azərbaycana kifayət qədər diqqət yetirməməsini, bəzən isə buna Amerikadakı bəzi maraq qrupları, erməni lobbiçilərinin mane olduqlarını bildirib.
C.Batçelor sonda Kəlbəcərdən olan insanların vətənlərinə geri qayıtmaq istəyində olduqlarını, bir gün səfir Elin Süleymanovun onu gənclik illərində atası ilə gəzdiyi Kəlbəcər torpaqlarına aparacağına ümid etdiyini bildirib.
Müsahibənin tam versiyasını buradan əldə etmək olar.
Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.