ATƏT də Ermənistana missiya göndərir?
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
Zaur MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Depardye həbs olunub
Məşhur aktyor yenə cinsi təcavüz ittihamı ilə üzləşib
-
Afrikada Fransa antipatiyası
Burkina Fasoda üç diplomat deportasiya edilib
-
Yeni Kaledoniya və istilaçı Fransa
Kiçik tarixi, iqtisadi araşdırma
-
Hotelin altından 640 illik qala tapılıb
Xəndəklənmiş binada sikkələr, zinət əşyaları ilə yanaşı mebel də olub
-
Le Pen qəyyumluğa götürüldü
Fransa ifrat sağçı partiyanın liderliyi atadan qızına ötürülüb
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Avropada traktor inqilabı
Qitənin inkişaf etmiş ölkələrinin fermerləri üsyana qalxıb
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Fransanın qatı ermənipərəst baş naziri
Attalın yəhudi əsilli olması heç nəyi dəyişmir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
Ya fransız olun, ya da fransız...
Cinsi azlıqlara haqq tanıyan Makron, etnikləri gömür
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Fransada dəhşətli yanğın
Çoxlu insan, o cümlədən uşaqlar həlak olub
Bu gün yayılan məlumata görə, yaxın vaxtlarda ATƏT Ermənistana öz nümayəndələrini göndərəcək. Bu məqamda belə bir sual ortaya çıxır, nə baş verir?
ATƏT dedikdə kimi və hansı dövlətləri nəzərdə tuturuq? Məsələ aydındır. Fransanın ciddi səyləri nəticəsində Avropa İttifaqının ardınca ATƏT də regiona göndərilir.
Hesab edirəm ki, Makron və Paşinyan arasındakı gizli plana əsasən Paris mülki missiya adı altında ciddi təxribatla məşğuldur. Məqsəd Azərbaycan və Ermənistan sərhədində təxribat törədərək hadisəni ordumuzun üzərinə atmaq və nəticə kimi anti-Azərbaycan qətnaməsini qəbul etməkdir. Paşinyan Makrondan Ermənistanın sərhədlərini qorumağı xahiş edib və rəsmi Paris nəyin bahasına olursa - olsun sərhəddə dayanaraq Qarabağ - Qərbi Zəngəzur güzgü effektini sığortalamaq istəyir. İranın Qərbin xüsusi missiyasının sərhədlərinin o tayına gəlişi fonunda susmasının da əsl səbəbi məhz Fransa-İran cütlüyünün sərhədlər dəyişilməzdir ilə bağlı Paşinyana dəstək verməsi ilə bağlıdır. Diqqət yetirək, bu həftə Qafanda konsulluq açılır, Aİ və ATƏT missiyaları Zəngəzura gəlir. Beləcə, Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır və öhdəliklərini yerinə yetirməməsi üçün arxasında dayanırlar.
Bu fonda, Kreml hadisələrə təsir imkanları zəiflədiyindən, təcili şəkildə KTMT-nin xüsusi missiyasını Ermənistana göndərməyi planlaşdırır və Paşinyanın anti-Rusiya təbliğatının qarşısını almağa çalışır. (Bu məsələ ilə bağlı Mərkəzi Asiya dövlətləri birmənalı baxmırlar).
Bu fonda, Paşinyan- Makron və onların yanında olan bəzi dövlətlərdəki qrupların planında zərər görən tərəf Ermənistan olacaq.
Azərbaycana isə, sülh müqaviləsi və Qarabağdan silahlıların çıxarılması lazımdır. Yaxın vaxtlarda hər iki mövzuda bizim dediyimiz şərtlər altında məsələ lehimizə həll olunacaq.