Türkiyə-Rusiya müzakirələri...
Suriya böhranı daha da dərinləşir
Rufiz HAFİZOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
Dünən Türkiyə və Rusiya XİN rəhbərlərinin Türkiyədə keçirilən görüşündə əsəs müzakirə mövzularından biri də regional problemlərin həlli ilə yanaşı Suriyadakı böhranın həlli məsələsi idi. Hər iki XİN rəhbəri keçirdikləri görüşdən sonra verdikləri açlqmada böhranln ciddi olduğunu və onun tez bir zamanda həll olunmasının vacibliyini vurğulayıblar.
Bir çox siyasi analitiklər ikitərəfli görüşü Suriyadakı böhranın həlli üçün atılan ən önəmli addım kimi qiymətləndirsələr də, bu görüşün Suriya böhranının həllinə müsbət təsir edəcəyi inadırıcı deyil. Ən azından ona görə ki, problemin "həllində" maraqlı olan tərəflərin Suriya böhranı və ölkənin gələcəyi haqqında fikirləri müxtəlifdir.Rusiyadan fərqli olaraq, Türkiyənin regiondakı vəziyəti daha əlverişli hesab edilsə də, Bəşər Əsədin hələ də hakimiyyətdə qalması, döyüşlərin daha geniş miqyasda alması və Suriya ərazisində radikal dini qrupların və xüsusən də "Əl-Qaidə" terror təşkilatının aktivləşməsi Türkiyə üçün müsbət amil hesab edilmir.
Ən maraqlısı isə ondan ibarətdir ki, bir vaxtlar Suriya ərazisində radikal dini qrupların mövcudluğunu inkar edən Türkiyə rəsmiləri bu gün bunun danılmaz fakt olduğunu qəbul edirlər.
Hətta Türkiyə Baş nazirinin müavini Bülənt Arınç Fransa mətbuatına verdiyi açıqlamada Suriya ərazisində radikal dini qrupların olduğunu etiraf edərək bunun səbəbini qərbin Suriya müxalifətinə yetərincə dəstək verməməsi ilə izah edib.
Bu isə onu göstərir ki, artıq Türkiyə bu məsələ ilə bağlı ciddi narahatlıq keçirir. Ən azından ona görə ki, rəsmi Ankara radikal dini qruplara o qədər də təsir etmək imkanına malik olmadığını yaxşı başa düşür.
Rəsmi Dəməşqin ölkəninin bütün sahələrdə ciddi potensila sahib olduğunu bəyan etməsinə baxmayaraq, Suriyada baş verən hadisələri diqqətlə izlədikdə Bəşər Əsəd hakimiyyətinin əvvəlkindən daha zəif olduğunu görmək olar.
Bu da gec-tez Bəşər Əsəd hakimiyyəti süquta uğrayacağını söyləməyə əsas verir. Lakin bu heç də Suriyadakı böhranın həlli ilə nəticələnəcəyi demək deyil.
Əksinə, Suriyada terrorçu "Əl-Qaidə" təşkilatının fəallaşması, ölkə müxalifətinin nümayəndələri arasında ciddi siyasi fikir ayrılıqlarının olması və bu ölkəyə İranın ciddi təsiri və böhranın artıq siyasi deyil, məzhəblərarası münaqişə forması alması ölkə daxili böhranı daha da dərinləşdirəcək.