«Yaxın Şərqdə təsadüflər olmur»
İsrail üçün Suriyada mövcud rejimin saxlanması...
Rufiz HAFİZOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tehran Əsədi məcbur edir
Qonşu ölkələr tərəfindən rədd edilən rejim “qardaş”ının tələbinə boyun əyir
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
“Haşdi Şabi”ni kim vurub?
Partlayış səsləri bu dəfə İraqdan gəldi
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
İsrail Livanla savaşa hazırlaşır?
Müdafiə naziri daha bir müharibənin anonsunu verib
-
İsrailə PUA hücumu
24 saat ərzində ikinci hadisə
-
İki general öldürüldü
İsrail İranın Dəməşqdəki konsulluğunu vurdu, Tehranda nümayişlər
-
İsrailin Hələbə hücumu
Onlarla rejim və Hizbullah yaraqlısı öldürülüb
-
Şeytanın cənnətə girmək duası ...
Netanyahu hökumətində “Müsəlman Qardaşlar Hərəkatı”na yer yoxdur
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Eyni ritorika ...
Ermənistana dəstək, İsraili lənətləmək və Azərbaycanı hədələmək
-
Suriyanın cənubunda üsyan
Əsədə qarşı ayağa qalxan xalq qubernatorun binasını yandırıb
-
İsrail “Həmas”ı vurdu
Terrorçuların raket emalatxanası və tuneli bombalanıb
-
PKK əl çəkir, ABŞ yox ...
Patrul əməliyyatları bərpa edildi
-
“Neft və taxıl daşıyırlar”
Çin ABŞ qaçaqmalçılıqda günahlandırır
-
Moskva Ankaraya qarşı ...
Rusiya terror təşkilatlarına dəstək göndərdi
İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtı yaxınlığında hərbi araşdırma mərkəzini bombardman etməsi dünya ictimaiyyətinin kəskin etirazına səbəb oldu. Suriya rəsmiləri hücumun hərbi araşdırma mərkəzinə edildiyini bildirsələr də, İsrail silah karvanının bombardman edildiyini bildirdi.
İsrailin bu addımını sərt tənqid edənlər arasında heç şübhəsiz ki İran və Rusiya da oldu.Rusiya XİN-dən verilən açıqlamada rəsmi Moskvanın bu hadisəni araşdıracağı bildirildi.
Təbii ki, münaqişədə tərəf tutan Türkiyə də hadisə ilə bağlı sərt bəyanat verməkdən çəkinmədi və Ankara İsrailin müsəlman ölkəsinə hücum edəcəyi təqdirdə susmayacağını bildirdi.
İran XİN rəhbəri Əli Əkbər Salehi də açıqlamasında İsrailin bu addımını regionda kəskin tənqid edərək, bu hadisədən sonra region ölkələrini Suriya məsələsinə birmənalı yanaşmamağa çağırdı.
İsrailin Suriya hava ərazisini pozaraq ölkə daxilindəki hərbi obyekti bombardman etməsi müxtəlif cür qiymətləndirilə bilər.
Belə ki, ilkin ehtimala görə, bu addımın Suriya ordusunu zəiflətmək, silahlı müxalifətə dəstək, Suriyaya beynəlxalq güclərin müdaxiləsi və son olaraq İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar zamanı itirilmiş nüfuzunun bərpası üçün atıldığı ehtimal edilir.
Lakin bu gün Suriyadakı reallıq və ölkə müxalifətinin başında "Müsəlman Qardaşlar Təşkilatı"nın olduğu nəzərə alınsa, bunun bir o qədər də məntiqli olmadığını görmək olar. Çünki İsrail üçün Suriyada mövcud rejimin saxlanması islamçıların hakimiyyətə gəlməsindən daha təhlükəsizdir.
"Ərəb baharı"nın yaşandığı digər ölkələrdən fərqli olaraq, Suriyada bir çox ölkələrin maraqlarının toqquşduğunu görmək olar.
Ölkədəki münaqişə isə artıq hakimiyyət-müxalifət toqquşmaları deyil, təəssüf olsun ki, daha fərqli müstəviyə keçib. Suriya böhranı əvvəlki məcrasından çıxaraq, hazırda məzhəblərarası qarşıdurmaya çevrilib.
Təbii ki, burada həm sünni dövlətlərinin, həm də regionda "şiə ayparası"nın qorunması üçün əlindən gələni edən İranın, o cümlədən Livanda "dövlət içində dövlət" hesab edilən "Hizbullah" təşkilatının da maraqları var.
Suriyadakı silahlı münaqişələrdə demək olar ki, bütün qonşu dövlətlərdən olan muzdluların, o cümlədən "Hizbullah" yaraqlılarının da müxalifətə qarşı ağır döyüşlərdə iştirak etməsi faktı mövcüddür.
Hətta Livanın sabiq Baş naziri Saad Əl Həriri ölkədəki "Hizbullah" təşkilatının yaraqlılarının Suriyada müxalif dəstələrə qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etdiyini bildirmişdi.
Suriyada baş verən hadisələri izlədikdə Bəşşar Əsədin sona qədər hakimiyyətdə qala bilməyəcəyini görmək olar. Lakin Əsədin hakimiyyətdən getməsi heç də problemin həlli olmayacaq. Ən azından ona görə ki, rejim süqut edəcəyi təqdirdə ölkədəki silahları Livandakı "Hizbullah" təşkilatına verəcək, bu isə regiondakı böhranın daha da genişlənəcəyinə gətirib çıxara bilər. Bu fakt isə regionda ən güclü kəşfiyyata sahib olan İsrailin diqqətindən qaça bilməz.
Məhz bu səbəbdən də İsrail Hərbi Hava Qüvvələrinin Suriya ərazisini bombardman etməsi Əsəd hakimiyyətinin sonu çatdığını bildirən siqnal kimi qiymətləndirilə bilər və böyük ehtimal ki, İsrail bundan sonra da analoji hücumları davam etdirəcək.