vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MƏMLƏKƏT  
18:53 | 4 aprel 2014 | Cümə Məqaləyə 2022 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Eldar Əzizov öküz döyüşdürür?

Sumqayıt müəllimələrinə qırmızı paltar, dodaq boyası və dikdaban ayaqqabı qadağan olundu

JALƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov daha bir qeyri-adi addım atıb. Belə ki, o, Sumqayıtdakı orta məktəblərdə çalışan müəllimələrə müəyyən qadağalar qoyub. Virtualaz.org saytı xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumatlarda qeyd olunur ki, müəllimələrin qırmızı rəngli paltarlar geyib məktəbə gəlməsi qadağan edilib. 1 nömrəli internat məktəbinin və «Təfəkkür» liseyinin müəllimələrinə isə parlaq dodaq boyası çəkmək və dikdaban ayaqqabı geyinmək, zinət əşyaları taxmaq yasaqlanıb.

Xəbərdə o da deyilir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti növbəti tədris ilindən müəllimlərin vahid formaya keçməsinə göstəriş verib.

Virtualaz.org saytı bu xəbərlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən xəbəri nə təsdiq, nə də təkzib etdilər: «Bilmirəm xüsusi tapşırıq verilib, ya yox. Sizin uşağa dodaqları qırmızı boyalı, mini yubkalı müəllimənin dərs deməsinə razı olardınız? Müəllimə nümunəvi geyinməlidir də. Bəziləri lap qızıl mağazasına oxşayır».