vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
CƏMİYYƏT  
17:54 | 3 iyun 2013 | Bazar ertəsi Məqaləyə 1670 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Artıq əcnəbi deyilsiniz

Xarici ölkə vətəndaşlığı olan azərbaycanlıların nəzərinə

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda xarici ölkə vətəndaşı olan soydaşların üzərindən əcnəbi statusunun götürülməsi planlaşdırılır. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı artıq ikinci oxunuşda qəbul olunan və üçüncü oxunuşda müzakirəyə hazırlanan yeni Miqrasiya Məcəlləsində xüsusi müddəa əlavə olunacaq.

Məcəllənin 6, 15, 16 və 17-ci maddələrində xarici ölkə vətəndaşı olan azərbaycanlıların üzərindən əcnəbilərə tətbiq olunan müddəalar götürülərək onlara əcnəbi statusu verilməyəcək. Belə ki, məcəllədə əcnəbilərin ölkəyə gəlmək və ölkədən getmək, eyni zamanda miqrasiya uçotu ilə bağlı şərtlər xarici ölkə vətəndaşı olan azərbaycanlılar üçün tamamilə yumşaldılaraq yeni status kimi müəyyən olunacaq. Bura ölkədə yaşamaq üçün qeydiyyatın uzadılması, digər əcnəbilərdən fərqli olaraq, yeni əlavə hüquqi imtiyazların verilməsi və az da olsa, tətbiq olunacaq şərtlərin pozulduğu halda, nəzərdə tutulan cərimələrin daha az miqdarda olması daxildir.
Məcəllədə açıq formada ifadə olunmasa da, yeni status müəyyənləşərkən, əsasən, Gürcüstanda və Rusiyada yerli vətəndaşlığı olan azərbaycanlılar nəzərdə tutulur. Sənəd məhz bu müddəaların əlavə olunması ilə bağlı hazırda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda və Avropa Şurasının Venesiya Komissiyasında nəzərdən keçirilir.
Məcəllə Milli Məclisin bu ay keçiriləcək xüsusi sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.