vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:09 | 18 iyun 2014 | Çərşənbə Məqaləyə 1155 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yanlışdır, səhvdir, cəfəngiyatdır»

Riçard Morninqstar: «Azərbaycan ABŞ-ın güclü dostu, tərəfdaşı olaraq qalır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən deyə bilmərəm cəmiyyətin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrdən gözləntiləri necə olub. Amma dinləmələr çox yaxşı və tarazlı olub».


Vaxt.az xəbər verir ki, bu barədə ABŞ səfiri Riçard Morninqstar ABŞ Konqresinin Helsinki Komissiyasında dinləmələrlə bağlı «Turan»ın sualına cavabında bildirib. Səfirin fikrincə, dinləmələr zamanı demokratiya və insan haqları ilə bağlı bir çox məsələlər əksini tapıb. «Hər iki ölkənin bu məsələlər üzrə birlikdə necə işləməsi barədə də məqamlar qeyd olunub. Ancaq ölkələrimiz arasındakı əlaqələr yalnız bu mövzu ilə məhdudlaşmır. İki ölkənin ortaq maraqlara malik olduğu bir sıra digər sahələr də vardır ki, biz bu sahələr üzrə birgə işimizi davam etdirəcəyik. Azərbaycan ABŞ-ın güclü dostu, tərəfdaşı olaraq qalır və biz ölkələrimiz arasındakı birgə maraqları əhatə edən bir sıra məsələlər, o cümlədən demokratiya və insan haqları məsələləri üzrə birgə işimizi davam etdirməliyik», deyə Morninqstar qeyd edib.

O, ölkədə demokratiya, insan haqları, siyasi məhbus məsələsi ilə bağlı problemlərin həlli barədə suala cavabında deyib ki, səfirliyi dövründə demokratiya və insan haqları fəal şəkildə iştirak etdiyi, diqqətdə saxladığı bir sahə olub. «Mənim buradakı fəaliyyət müddətimin son gününə qədər biz hökumətlə bu fəaliyyətimizi davam etdirəcəyik. Mənim fəaliyyət müddətim başa çatdıqdan sonra da bu işlər davam etdiriləcək», deyə səfir bildirib. 

Riçard Morninqstar ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) na qarşı cinayət işinin açılması ilə bağlı mətbuatda gedən məsələyə aydınlıq gətirib. Jurnalistlərin məsələ ilə bağlı şərh vermək xahişinə cavabda səfir prokurorluğa müraciət etməyi tövsiyə edib.

«MDI ilə bağlı müxtəlif KİV-də əks olunan ittihamlar yanlışdır, səhvdir, cəfəngiyatdır. Biz hesab edirik ki, MDI Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə fəaliyyət göstərib. Amma MDI-nin Azərbaycandakı yekun statusu ilə bağlı hər-hansı fikrim, şərhim yoxdur», deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan hakimiyyəti MDİ-ni gənclər təşkilatlarının maliyyələşdirilməsi yolu ilə rəngli inqilab hazırlamaqda ittiham edib və faktiki olaraq, bu qurumun fəaliyyətini qadağan edib.

Öz növbəsində, MDI dəfələrlə bu ittihamları təkzib edərək, şəffaf və qanun çərçivəsində fəaliyyət göstərdiyini sübut edib.