vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
16:50 | 21 iyun 2014 | Şənbə Məqaləyə 2376 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kəmaləddin Heydərov Mark Herevardla görüşüb

UNİCEF-in Azərbaycan üzrə rəhbəri FHN-də olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb.


Vaxt.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, K. Heydərov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri kimi ölkəmizdə missiyası başa çatan M.Herevarda gələcək fəaliyyətində uğurlar arzulayıb, bu təşkilatla Fövqəladə Hallar Nazirliyi arasında həyata keçirilən birgə layihələrdən bəhs edib.

K.Heydərov bildirib ki, iki gün əvvəl «Təhsil sahəsində tərəfdaşlar» adlı layihə çərçivəsində FHN, Təhsil Nazirliyi və UNİCEF arasında Fəaliyyət Planının imzalanması da bu əməkdaşlığın geniş perspektivlərinin mövcudluğunu göstərib.

M.Herevard isə UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə FHN arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, ölkəmizdən xoş təəssüratla ayrıldığını vurğulayıb.