vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
12:16 | 17 iyul 2013 | Çərşənbə Məqaləyə 1825 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Özü 40 milyona Bodrumda ada alıb”

Türkiyədə çıxan “Hürriyet” qəzeti: “… Cangüdənisə adam güllələyib”

Musavat.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin "Hürriyet" qəzetində Azərbaycanla, konkret olaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun türkiyəli mühafizəçisinin həyatı ilə bağlı sensasion məlumat dərc olunub. Məqalədə bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Mammadovun sürətli zənginləşməsindən sonra onun mühafizəçilərinin sayı artıb və onlardan biri də Türkiyə vətəndaşı İsmayıl Gənc olub.

Türkiyənin “Hürriyet” qəzetində Azərbaycanla, konkret olaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun türkiyəli mühafizəçisinin həyatı ilə bağlı sensasion məlumat dərc olunub.
Məqalədə bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Mammadovun sürətli zənginləşməsindən sonra onun mühafizəçilərinin sayı artıb və onlardan biri də Türkiyə vətəndaşı İsmayıl Gənc olub.
Qəzet yazır ki, İsmayıl Gənc azərbaycanlı cangüdənilərlə dalaşırmış: “Üç həftə əvvəl meydana gələn qovğada bu dəfə silahlar danışdı. İsmayıl Gənc, azərbaycanlı cangüdənlərin silahlarından çıxan güllələrlə ağır yaralandı və Bakıdakı bir xəstəxanada müalicə altına alındı. Ancaq təzyiq altındakı Azərbaycan mediası bu hadisəni xəbər edə bilmədi. Türkiyə vətəndaşı İsmayıl Gənçin aqibəti də bilinmir. Gənçin ailəsi Bakıdakı TC səfirliyinə müraciət edərək oğullarının aqibətini öyrənməyə çalışdılar, amma nəticə ala bilmədilər. Onlar xarici işlər naziri Əhməd Davudoğluna çıxmağa çalışdılar, amma müvəffəqi ola bilmədilər. Ailəsin İsmayıl Gəncin yaşayıb-yaşamadığını, öldüsə cəsədinin harada olduğunu bilmək istəyir”.
Qəzet daha sonra yazır: “Bu arada nazir oğlu Anar Məmmədovun iki həftə “Çırağan” sarayında milyon dollarlıq bir ad günü ziyafəti verdiyi və Bodrum yaxınlarında 40 milyon dollar dəyərində bir adanı satın aldığı danışılır. Atası Azərbaycanda nəqliyyat naziri olduğunda sıravi bir universitet tələbəsi olan Anar Məmmədovun qısa müddətdə əldə etdiyi sərvət və parıltılı həyatı Azərbaycan xalqının bir nömrəli söz-söhbət vəsaiti halına gəldi”.
Qeyd edək ki, bu hadisə barədə Azərbaycan mətbuatının xəbər yaymamsı heç də mediaya təzyiqə görə deyil, sadəcə informasiya ictimaiyyətdən və mətbuatdan ustalıqla gizlədilib.