vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
20:06 | 19 iyul 2013 | Cümə Məqaləyə 2814 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çimmək qadağandır!

Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlər respublika ərazisində güclü küləyin əsməsinə baxmayaraq istirahətini dəniz kənarında, çimərliklərdə keçirən insanlar əsas məsələni - şəxsi təhlükəsizliklərini yaddan çıxararaq dənizdə çimməyə can atırlar.

Təbii ki, bu da bir sıra bədbəxt hadisələrin, insan həyatı üçün təhlükə yaradacaq halların baş verməsinə şərait yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün və sabah güclü şimal-qərb küləyinin əsəcəyi bildirilir. Çimərliyə gələn hər bir vətəndaş Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin tələblərinə sözsüz əməl etməli, küləkli və dalğalı havada dənizdə çimməyi müvəqqəti dayandırmalıdır. Çünki küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir.