vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:30 | 26 sentyabr 2014 | Cümə Məqaləyə 1109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əliyevlə görüş çox vacibdir»

Putin üçün Azərbaycan prezidenti ilə təkbətək söhbət zərurəti yaranıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin Həştərxanda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, həmçinin xatırladıb ki, Rusiya və Azərbaycan liderləri bu yaxınlarda (avqust) ayında Soçidə görüşüb və orada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

«Əliyevlə görüş çox vacibdir. Bizim əlaqələr yetərincə fəallaşıb», - deyə Uşakov vurğulayıb.

Sentyabrın 29-da Həştərxanda keçirilməsi nəzərdə tutulan Xəzər sammitində Transxəzər boru kəmərlərinin tikinti rejimi üzrə müzakirələr də aparılacaq.

Sammitdə Xəzəryanı beş dövlətin (Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın) liderləri iştirak edəcəklər.