vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAHİBKARLIQ  
22:43 | 3 fevral 2017 | Cümə Məqaləyə 1136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İndi rahat yatıram...»

Azərbaycanlı milyarder-oliqarx torpağını satıb borcunu ödədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı diasporunun lideri, milyarder-oliqarx Vaqif Məmişov Yaxtenniy küçəsində yerləşən və Smolnıdan (Şəhər bələdiyyəsi) aldığı iki torpaq sahəsini developer Makrim Şubarevin «Setl Group» şirkətinə satıb.

Virtualaz.org xəbər verir ki, tərəflər sövdələşmənin detallarını açıqlamayıblar, ancaq ekspertlər Məmişovun bu torpaq sahələrinə görə 1.7 milyard rubl (təqribən 285 milyon dollar) əldə etdiyini hesablayıblar.

Torpaq sahələri azərbaycanlı oliqarxın «Konrad» şirkətlər qrupunun aktivləri sırasına daxil idi. Məmişovun ümumi sahəsi 2.9 hektara yaxın olan torpaq sahələrini satması onun «Sankt-Peterburq» bankından dollarla götürdüyü krediti ödəmək zərurəti ilə bağlıdır. Bu, torpaq sahələrini şəhər meriyası Məmişovun Farfor məzarlığı yaxınlığındakı torpaq sahəsinin əvəzində verib. Sakinlər uzun müddət etiraz edərək həmin ərazidə ticarət-əyləncə kompleksinin tikintisinə imkan verməmişdilər.

Vaqif Məmişov sövdələşməni şərh edərkən deyib ki, o, mənzil tikintisi sahəsində peşəkar deyil. Ona görə də həmin torpaq sahələrini gözəl binalar tikib əhalini yaraşıqlı mənzillərlə təmin edə bilən adamlara satıb. Məmişov əlavə edib ki, torpaq sahələrini banka olan borcuna görə satıb. «Mən «Sankt-Peterburq» bankından dollarla kredit götürmüşdüm, rublun ucuzlaşmasından sonra məlum oldu ki, mən banka 3 milyard rubl borcluyam. İndi mən kreditimi tam ödədim, borcumu bağladım və gecələr rahat yatıram», - Vaqif Məmişov bildirib.