vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
18:50 | 13 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1904 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin başladığı islahatların davamı olacaq

Strukturların sadələşdirilməsinə çox böyük ehtiyac var

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezidenti İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirildi.

Sərəncama uyğun olaraq Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Bu halda Ziya Məmmədov faktiki olaraq nazir postundan uzaqlaşdırılmış oldu.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında bunu ölkədə başlanan struktur islahatlarının növbəti dalğası kimi dəyərləndirib:

«Cənab Prezidentin sərəncam və göstərişlərinə əsasən, struktur islahatları davam etdirilir. Faktiki olaraq son vaxtlar Nəqliyyat Nazirliyinin tabeliyində olan bütün idarə və təşkilatlar ya sərbəst işləyirdilər, ya da məhdud məsuliyyətli cəmiyyətə çevrilmişdilər. Buna misal olaraq da «Azərbaycan Dəmir Yolları»  Qapalı Səhmdar Cəmiyyətini göstərmək olar. Bu qurum nazirlikdən ayrıldıqdan sonra Cavid Qurbanovun sədrliyilə çox böyük inkişaf yoluna qədəm qoydu. Eləcə də «Azəravtoyol» ASC».

Parlament üzvü islahatların davamlı olacağını bildirib:

«Bu, hazırki şəraitdə həm ölkənin inkişafı, həm də büdcəyə qənaət edilməsi baxımından çox lazımlı məsələdir. Azərbaycanda nazirliklərin, komitələrin sayı həddindən çoxdur. Bu strukturların sadələşdirilməsinə çox böyük ehtiyac var. Cənab Prezidentin atdığı bu addımları yalnız alqışlamaq olar».