«Azərbaycanlılar türk deyil...»
Arif Rəhimzadə tarixi «kəşfi»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına qalmaqallı müsahibə verib. Bildirib ki, azərbaycanlılara «türk» deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır. Virtualaz.org Arif Rəhimzadənin həmin müsahibəsini ixtisarla dərc edir və nəticə çıxarmağı tarixçilərin, etnoloqların ixtiyarına buraxır:
- Əgər beynəlxalq səviyyədə tanınmadan deyil, tarixən formalaşmış şərtlərdən danışsaq o zaman Azərbaycan hansı əsaslarla Dağlıq Qarabağı öz ərazisi hesab edir?
- 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra Rusiya Dağlıq Qarabağa İrandan 40 min erməni köçürdü. Ermənilər əvvəllər orada yox idi, azərbaycanlılar isə Dağlıq Qarabağın hər yerində yaşayırdı. Maraqlı ştrix: Qriboyedov həmin qərarın əleyhinə çıxırdı. O, yazırdı, xəbərdarlıq edirdi ki, bunu etmək olmaz. Azərbaycanlılar narazı idi və doğrudan da xəzinə torpaqlarının bölüşdürülməsi zamanı üstünlük ermənilərə verildi.
- Rusiyanın ermənilərə dəstəyini necə izah edirsiniz?
- Bu suala cavab vermək üçün ayrıca ilkin izahat lazımdır. Xatırladıram ki, Azərbaycan ərazisində tarixi Alban çarlığı yerləşib, orada alban kilsəsi olub. Ümumiyyətlə ermənilər Suriyadan Azərbaycana təkcə ticarətçilər kimi yox, dini xətt üzrə də köç ediblər, Kilsə nümayəndələri kimi.
Beləliklə, ermənilər Rusiyadan xahiş ediblər ki, Alban kilsəsinin Erməni kilsəsinə tabe olunmasına kömək etsin. Belə də edilib. Beləliklə, ermənilərin regionda rolu kəskin artıb. Bildiyiniz kimi Azərbaycanda islam yayılıb, ancaq Alban kilsəsi icmaları da anklav kimi fəaliyyət göstərib. Rusiyada isə azərbaycanlılara türk kimi baxırdılar, beləliklə, Peterburqda qərara aldılar ki, həmin torpaqlara erməniləri köçürməklə «xristian zolağı» yaratsınlar.
- Axı biz həmişə eşitmişik ki, azərbaycanlılar və türklər eyni xalqdır...
- Bu, səhvdir! Bəli, biz azərbaycanlılar türklərlə ümumi köklərə malikik, ancaq xalqlarımız tamam ayrıdır.
- Bəyəm inqilaba qədər azərbaycanlılar termini istifadə edilirdi?
- Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini «müsəlman» adlandırıdılar, Rusiyada isə həmin əhalini «tatarlar» hesab edirdilər. İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti «türk təsirinə» qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı. Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı.
P.S. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məşhur «Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir» deyimi on illərdir ki, ictimai-siyasi leksikonda öz yerini tutub.