Cəhalət ...
Az bilən və çox inanan insandan daha təhlükəlisi yoxdur
Zaur ƏLİYEV, dosent
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yaxın Şərq NATO-su” qurula biləcəkmi?!
Körfəzdəki müttəfiqləri ABŞ-ın milli təhlükəsizlik bağlı qarantiya vermədiyini düşünür
-
Qahirədən Tehrana xəbərdarlıq
Misir ərazisində İsrail vətəndaşlarına ediləcək istənilən sui-qəsd ...
-
Aralıq dənizi Qaz Forumu
İsrail və Misir Avropaya qaz verəcək
-
Bayden Yaxın Şərqə gedir
Gözlənilən səfər ABŞ-da yanacaq vəziyyətini yaxşılaşdıra bilər
-
Ərəb ölkələrində qıtlıq
“Supermarketlər əsas malları yığırlar, sonra da baha qiymətə satırlar”
-
“Doğrayaraq öldürəcəyik”
Qadın nazirdən qorxunc açıqlama
-
Fironlar dövrünün kəndi
Misirdə eramızdan dörd min il əvvələ aid yaşayış məskəninin qalıqları aşkar edilib
-
Misirdə vətəndaşlığın qiyməti…
Yaxud 7 milyon Misir funtu neçə dollar edir?
-
Azərbaycançılıq ideologiyasına xidmət edən əsər
Xalq yazıçısı Elçinin Misirdə nəşr olunmuş “Baş” romanının təqdimatı keçirildi
-
«Ölümdən sonrakı həyatdan mesaj»
Qədim Misir nekropolunda tapıntı
-
Məşhur siyasətçisi deportasiya olunduqdan sonra «yoxa çıxıb»
Əhməd Şəfiqi naməlum təhlükəsizlik rəsmilərinin himayə edirmiş
-
Sufilər terrordan qorxmadan peyğəmbərin mövludunu bayram edəcəklər
«Silahlılar yerdən hündür olan bütün qəbirləri dağıdır, sufi türbələrini partladırlar…»
-
Həriri Beyruta qayıdır
Livanın istefasını elan edən baş naziri qərarına aydınlıq gətirəcək
-
İran və Səudiyyə Ərəbistanı
Regionun dostları və düşmənləri...
-
Misir OPEK+ razılaşmasından imtina etdi
Bu, qiymətlərə təsir edəcəkmi?
-
Misirin paytaxtı köçürülür
Süveyşi kanalına qədər uzanan Yeni Qahirə fantastik məbləğə başa gəlir
Keçmiş Misir prezidenti Ənvər Sədatı öldürən adama hakim sual verir:
– Sədatı niyə öldürdün?
Qatil:
– Çünki layiq idi!
Hakim:
– Layiq nə deməkdir?
Qatil:
– Bilmirəm!
***
Misirli məşhur ədəbiyyatçı Nəcip Mahfuzu öldürmək istəyən, amma bacarmayan müqəssirdən hakim soruşar:
– Niyə vurdun?
Müqəssir:
– "Küçə uşaqlarının xəyalları" adlı kitab yazdığı üçün.
Hakim:
– Yaxşı, o kitabı oxudunmu?
Müqəssir:
– Xeyr.
***
Hakim yazıçı Fərəc Fodayı öldürən terroristlərdən soruşar:
– Niyə öldürdünüz?
Günahkarlar:
– Çünki kafir idi.
Hakim:
– Haradan anladınız? Hansı kitabından bu nəticəyə gəldiniz?
Günahkarlar:
– Biz oxuma, yazma bilmirik.
Hakim:
– Nə!?
Bu dünyada az bilən və çox inanan insandan daha təhlükəlisi yoxdur. Cəhalət ən böyük fəlakətdir!
Ona görə OXUYUN!!! KİTABLAR OXUYUN! OXUDUN!