vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
16:00 | 19 may 2017 | Cümə Məqaləyə 2363 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Assanca qarşı istintaq dayandırıldı

Amma «Wikileaks»in qurucusunun həbs təhlükəsi qalır

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveç prokurorluğu avstraliyalı jurnalist, «Wikileaks»in qurucusu Culian Assanca qarşı istintaqı dayandırıb. Aznews.az xəbər verir ki, istintaq artıq 7 il idi davam edirdi.

Assanc İsveç prokurorluğu tərəfindən cinsi zorakılıqda ittiham olunurdu. Lakin Assanc bu ittihamları heç vaxt qəbul etməyib. Sonuncu dəfə 6 ay əvvəl İsveç rəsmilərinə müsahibə verib.

Assanc, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən hərbi və diplomatik sənədləri mediyaya sızdırmaqda ittiham olunur.

45 yaşlı jurnalist ekstradisiyadan yayınmaq üçün Böyük Britaniyanın paytaxtı Londonda Ekvador səfirliyində siyasi sığınacaq əldə edib. Assanc 2012-ci ildən indiyə kimi orada məskunlaşıb. O, səfirliyin ərazisini tərk edəcəyi təqdirdə həbs oluna bilər.