vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DÜNYA  
19:13 | 30 may 2017 | Çərşənbə axşamı Məqaləyə 2550 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lenin Assancı haker adlandırdı

London polisi isə «Wikileaks»in qurucusundan əl çəkmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ekvador prezidenti Lenin Moreno jurnalistlərə açıqlamasında «Wikileaks»in qurucusu Culian Assancı haker saymasına baxmayaraq, onun Londondakı Ekvador səfirliyində qalmaqda davam etməsinə icazə verəcəyini bildirib.

Moreno, həmçinin Assancı Ekvadorun və ya digər ölkələrin daxili siyasətinə qarışmamağa çağırıb. Culian Assanc isə sosial media hesabında jurnalist və redaktor olduğunu, hətta ABŞ-ın onu haker hesab etmədiyini yazıb. O, ötən həftə hesabındakı digər paylaşımda Ekvadorda korrupsiya barədə sənədlər əlinə keçərsə, onları da ictimaiyyətə açıqlayacağını bildirmişdi.

Xatırladaq ki, 2010-cu ildə Stokholmda iki qadına seksual təcavüzdə ittiham olunan Assanc İsveç hüquq mühafizə orqanlarının sorğusuna əsasən Londonda həbs edilmiş, lakin çox keçmədən girov müqabilində azadlığa buraxılmışdı. İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Culian Assanc 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və beş ilə yaxındır ki, bu ölkənin Londondakı səfirliyində qalır.

Bu il mayın 19-da İsveç prokurorluğu Assancın işi üzrə istintaqın dayandırılması barədə qərar çıxarsa da, Britaniya polisi onun həbsində israrlıdır. Bu səbəbdən «Wikileaks»in qurucusu Ekvadorun Londondakı səfirliyini tərk edə bilmir.