vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
18:36 | 8 yanvar 2014 | Çərşənbə Məqaləyə 2236 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hindistanda ABŞ-a qadağa

Birləşmiş ştatlar səfirliyinin kommersiya fəaliyyəti dayandırılıb

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Hindistan hökuməti ABŞ səfirliyindən yanvarın 16-dək kommersiya fəaliyyətinə son qoymağı tələb edib. Lenta.ru-nun verdiyi məlumata görə, bu barədə NDTV telekanalı xəbər yayıb. Xəbərdə bildirilir ki, Hindistan rəsmiləri müvafiq qərarı diplomatik münasibətlər haqda Vyana konvensiyası ilə əsaslandırıblar.

Qadağa ABŞ-ın Dehlidəki səfirliyinin ərazisində yerləşən idman-əyləncə klubuna aiddir. Hovuz, fitnes zalı, boulinq, habelə bar və restoranın daxil olduğu kluba kənar şəxslərin ödənişli əsaslarla daxil olmasına icazə verilirdi.
Hindistan Xarici İşlər Nazirliyindəki mənbə “Frans Press” agentliyinə bildirib ki, kluba illik abunənin qiyməti bir neçə min dollar olub.