vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
18:49 | 8 yanvar 2014 | Çərşənbə Məqaləyə 2036 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğanı Putinə bənzətdilər

«The Times»: «Dostları baş nazirin qulağına pıçıldamalıdırlar ki...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İki il öncə Türkiyə hamının sevimlisi idi. Ölkə 2008-ci ilin maliyyə böhranından qurtulmuş, işsizlik 8 faizə düşmüş, hökumət isə dünya birliyinə mötədil islamın uğurlu ola biləcəyini sübut eləmişdi». Musavat.com-un məlumatına görə, bu barədə İngiltərənin nüfuzlu «The Times» qəzetinin bugünkü redaksiya məqaləsində deyilir.

Məqalədə daha sonra qeyd edilir: «Ciddi ümidlər var idi ki, Türkiyədə korrupsiyalaşmış məmurların və qəzəbli generalların yerini müasir plüralistik siyasi sistem tutacaq. Əfsus ki, bu gün Türkiyə deyəsən kardinal şəkildə başqa bir yol tutmaq üzrədir. Onu içdən etirazlar və qalmaqallar gücdən salır, təhsilli gənclik antihökumət ovqatındadır, baş nazir Rəcəb Tayyib Ərdoğan isə belə görünür, bunu anlamaq iqtidarlında deyil, nəinki narazılıqları aradan qaldırmaq». (musavat.com)
Nəşrin qənaətincə, hazırda Türkiyəni özündənrazı və əvəzolunmazlıq hisslərinin idarə etdiyi bir liderin dövləti öz iradəsinə tabe etdirdiyi «putinləşmə» təhdid edir: «Bunu Ərdoğanın 2014-cü ildə səlahiyyətləri qabaqcadan genişləndirilmiş prezident seçkilərinə qatılmaq niyyəti bir daha sübut edir».
«İngiltərə kimi ölkələrdə seçicilər hansısa yolla hakimiyyətdə olan istənilən lider üçün görünməyən məhdudiyyətlər qoyur. ABŞ, Fransa kimi başqa ölkələrdə səlahiyyət müddətləri rəsmən müəyyən edilib. Məqsəd – nə qədər istedadlı da olsa, bir nəfərə öz əlində həddən-ziyadə hakimiyyət cəmləməyə imkan verməməkdir. Türkiyə bizim dostumuzdur. Dostlar isə Ərdoğanın qulağına pıçıldamalıdırlar ki, o da adi ötərilərdən biridir və Türkiyəyə Putin lazım deyil» - deyə müəllif fikrini tamamlayır.