vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
15:41 | 10 yanvar 2014 | Cümə Məqaləyə 2603 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BTQ-nin tikintisi dayandı

«Çöl işləri, daxili işlərlə əvəzlənib»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolu xəttinin tikinti işləri Gürcüstan istiqamətində dayandırılıb. Bunu AzNews-a «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, buna səbəb Gürcüstan ərazisində havaların soyuq keçməsidir və əsas işlərin həyata keçirilməsi mart-aprel ayından nəzərdə tutulub. Konkret mövcud dəmir yolun Mapavri-Axalkalakiyə ilə qədər hissəsində çöl işləri, daxili işlərlə əvəzlənib. 
Onun sözlərinə görə, hazırda yalnız Axalkalaki terminalı və Karsaki və digər stansiyalarda inşaat işləri davam etdirilir: 
«BTQ dəmir yolu xəttinin çəkilişinin əksər hissəsi Azərbaycan hökumətinin vəsaiti hesabına təmin olunur. Xəttin tikinti işləri də «Azərbaycan Dəmiryolservis» MMC tərəfindən aparılır. 
Bu istiqamətdə işlər 2 sahədə həyata keçirilir. Birinci mövcud dəmir yolu xəttinin 159 km hissəsinin yenilənməsidir. İkinci istiqamət isə 29 km yolun və Gürcüstan-Türkiyə hissəsində 4,2 km tunelin çəkilməsindən ibarətdir. Artıq bu tunelin çəkilişi Türkiyə hissəsində 200 metr hissəsi həyata keçirilib».
N.Əzməmmədov ümid edib ki, 2014-cü ilin sonuna kimi BTQ dəmir yolu xəttində işçi qatarları yola salınacaq.