vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
KRİMİNAL, CİNAYƏT  
16:01 | 10 yanvar 2014 | Cümə Məqaləyə 2286 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir rüşvət əməliyyatı

Bu dəfə Türkiyə gömrükçülərinin qara əməlləri ifşa olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə məmurlara qarşı daha bir rüşvət əməliyyatı başlayıb. Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, bu dəfə Mersin vilayətində gömrük məmurlarına qarşı rüşvət almaq və vermək ittihamları üzrə qaldırılmış cinayət işi çərçivəsində həbslər aparılır. Həbslərə Mersin Gömrük Mühafizə Qaçaqmalçılıq və İstihbarat Müdirliyinin əməkdaşları tərəfindən başladılıb.

Səhər saatlarından aralarında 10 gömrük məmuru da olmaqla 35 şəxsin həbs olunması üçün çıxarılmış sanksiya əsasında həmin şəxslərin axtarışı aparılır. Bu dəfə rüşvət əməliyyatı barədə məlumat hökumətdən - Gömrük və Ticarət Nazirliyindən açıqlanıb. Bildirilib ki, istintaq 6 ay əvvəl nazir Hayati Yazıçıya daxil olan məlumat əsasında başlayıb. 
İstintaq müəyyən edib ki, Mersin gömrüyündə vəzifə tutan 10 gömrük məmuru rüşvət alıb, 25 şəxs isə məmurlara rüşvət verib. İstintaq çərçivəsində bir çox ev və iş yerlərində axtarış aparılıb.