vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MƏHKƏMƏ, İSTİNTAQ  
18:22 | 23 noyabr 2022 | Çərşənbə Məqaləyə 8752 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DTX polkovniklə bağlı araşdırma aparır

Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır

Vaxt.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Vətən Müharibəsinin sonra minaya düşərək şəhid olan Babək Səmidlinin səs yazı ilə bağlı araşdırma aparılır.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yayılması müxtəlif müzakirələrə və suallara yol açmış səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.

Artıq məsələ ilə bağlı DTX-nin İstintaq orqanında bir sıra şəxslərin dindirildiyi, prosessual hərəkətlər aparıldığı məlumdur.

Dindirilənlər arasında Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədov da var.

Artıq sosial şəbəkələrdə və mətbuatda Fərhad Əhmədovun yaxınları bu faktı təsdiqləyiblər. Bildirilir ki, Babək Səmidlinin yayılan səs yazısında suallarına cavab verilən şəxs Fərhad Əhmədovdur.

Fərhad Əhmədovun köməkçisi Babək Səmidlinin səsinin Fərhad Əhmədov tərəfindən yazıldığını da təsdiq edib. Belə olan halda onun bunu hansı məqsədlə etdiyi məsələsi açıq qalır.

Qeyd edək ki, Babək Səmidlinin mübahisəli səs yazısının yayıldığı uzun müddət ərzində Fərhad Əhmədov səsin onun tərəfindən yazılması ilə bağlı ortaya çıxmamış, sükut nümayiş etdirmişdi. İndi bunun onun tərəfindən edildiyinin etiraf edildiyi bir vaxtda, səbəbi və ondan asılı olaraq müxtəlif hərbi məsələlərlə bağlı Babək Səmidlinin səsini yazıb yaymağa görə hüquqi məsuliyyət məsələsi ortaya çıxır.

Hazırda DTX-nın İstintaq qurumunda araşdırmalar aparılır.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.